Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Çempionluq barədə danışmaq üçün hələ tezdir" – Vüqar Əsgərli
    3.05.2026 11:34:27

    AFFA U-17 Liqasının II mərhələsinin XI turunda “Qarabağ” səfərdə “Şəfa” üzərində 1:0 hesablı qələbə qazanıb.

    Oyundan sonra “Qarabağ”ın baş məşqçisi Vüqar Əsgərli Prosport.Az-a müsahibə verib.

    – Oyunla bağlı fikirləriniz...
    – Matçın müəyyən hissələrində planlaşdırdığımız oyun modelini meydanda görə bildik. Xüsusilə topa sahib olarkən səbirli quruculuq və top itkisindən sonra reaksiyalarımız müsbət idi. 1:0 hesablı qələbə qazandıq, amma bizim üçün əsas məsələ yalnız nəticə deyil, komandanın inkişaf prosesidir.

    – Komandanın oyunundan razı qaldınız?
    – Komandanın münasibətindən və meydandakı intizamından razıyam. Futbolçular həftə ərzində məşqlərdə işlədiyimiz prinsipləri tətbiq etməyə çalışdı. Xüsusilə keçid anlarında və pressinq reaksiyalarında inkişaf görünürdü. Əsas məqsədimiz futbolçuların hər oyunda daha yaxşı qərarlar verməsi və oyun modelinə daha uyğun davranmasıdır.

    – Komandanın çempionluq şansı nə qədər qalıb?
    – Çempionluq barədə danışmaq üçün hələ tezdir. Bizim əsas fokusumuz uzunmüddətli inkişafdır. Komanda hər həftə həm fərdi, həm də kollektiv olaraq inkişaf etməlidir. Əgər bu yanaşmanı davam etdirə bilsək, nəticələr və turnir cədvəlindəki vəziyyət də öz-özünə formalaşacaq.

    – Liqadakı rəqabət səviyyəsini necə dəyərləndirirsiniz?
    – Liqada rəqabət səviyyəsinin artdığını düşünürəm. Demək olar ki, hər oyun yüksək intensivlik və taktiki mübarizə ilə keçir. Akademiya səviyyəsində bizim üçün ən vacib məsələ yalnız nəticə deyil, futbolçuların oyun anlayışını, qərarverməsini və oyun modelinə uyğun inkişafını təmin etməkdir. Komandalar arasında fərqli oyun üslublarının görünməsi də sevindiricidir. Bəzi komandalar topa sahib olmağa, bəziləri isə keçid oyunlarına üstünlük verir. Bu isə gənc futbolçuların müxtəlif oyun situasiyalarına uyğunlaşmasına kömək edir. Ümumilikdə liqanın inkişaf etdiyini düşünürəm. Daha intensiv, daha taktiki və daha rəqabətli oyunlar görürük. Bu da futbolçuların gələcəkdə peşəkar səviyyəyə hazırlanması baxımından vacibdir.

    Bahar Rüstəm

    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Futbol

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Futbol

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Futbol

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Akademiya

    "Sabah"ın gəncləri Çexiya klubuna böyük hesabla uduzdu

    13.10.2026 16:55:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved