Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Onlar bura gəlməyi psixoloji zərbə kimi qəbul edib" – Maksim Medvedevlə VİDEOMÜSAHİBƏ
    1.05.2026 22:16:44

    Əvəzedicilər Liqasının XXIV turunda “Qarabağ-2” doğma meydanda “Zirə-2”ni 5:1 hesabı ilə məğlub edib.

    Matçdan sonra Ağdam klubunun baş məşqçisi Maksim Medvedev Prosport.Az-a müsahibə verib.

    – "Zirə"yə 5:1 qalib gəldiniz. Oyunla bağlı fikirləriniz...
    – Qalib gəldik. Bu, Əvəzedicilər Liqasıdır və əsas liqadan fərqlənir. Buraya əsas komandadan da oyunçular gəlir. Bu gün Elvin Cəfərquliyev və Abbas Hüseynov bizə kömək etdi. Ona görə də oyunumuz daha rahat alındı. Yaxşı qol imkanlarımız oldu. Hesab daha böyük ola bilərdi. Buna da şükür, 3 xalımızı qazandıq.

    – Elvin və Abbasın olması oyuna necə təsir etdi?
    – Əlbəttə ki, onların yanında oynamaq futbolçulara motivasiya verir. Təcrübələri yüksəkdir. Onlarla oynayanda futbolçular özlərini daha rahat hiss edir, meydanda istədikləri kimi oyun qura bilirlər. Danışıqları, jestləri, bir-birlərinə ötürdükləri işarələr gənc futbolçulara kömək edir.

    – Həm Elvin, həm də Abbas əvəzedici komandada debüt matçındaca qol vurdu. Bu barədə nə deyə bilərsiniz?
    – Normaldır. Hər ikisi hücumameyilli müdafiəçidir. Daim hücuma qoşulurlar. Burada səviyyə o qədər də yüksək deyil. Amma bu onlar üçün də böyük motivasiyadır. Danışığımız olub ki, burada oynasanız da, çalışın ki, geri qayıdanda performansınızda eniş olmasın.

    – Onlar bir müddətdir ki, əsas komanda ilə məşq etmirlər. Fiziki və psixoloji hazırlıqları hansı səviyyədədir?
    – Aydın məsələdir ki, bura gəlməyi psixoloji zərbə kimi qəbul ediblər. Amma danışmışıq. Başa düşürlər ki, situasiya nə yerdədir. Bir tərəfdən psixoloji yorğunluq da var. Hansısa hərəkətlərini idarə edə bilmirlər, hansısa sözü qəbul etməkdə çətinlik çəkirlər. Çünki psixoloji cəhətdən yorğundurlar. Həm millidə, həm çempionatda, həm də burada oynayırlar. Bu da təzyiq yaradır. Amma performanslarına baxanda görürsən ki, necə məşq edirlər. Çalışırıq ki, əsas komandada hansı çətinliklər varsa, burada həll edək ki, sabah problem olmasın.

    – Nə qədər müddət əvəzedici komandada olacaqları ilə bağlı məlumat verilib?
    – Xeyr, elə bir söhbət olmayıb. Aydın məsələdir ki, heç kim onların üstündən xətt çəkməyib. Bu, ümumi situasiyadan irəli gələn bir durumdur. Baş məşqçi Qurban Qurbanov qərar verib ki, hazırda onların burada olması daha yaxşıdır. Onları çox sevdiyindən belə edir. İstəmir ki, yollar ayrılsın. İnsan kimisə çox istəyəndə bəzən ikiqat cəza verir ki, bir daha təkrarlanmasın.

    – Əvəzedici komandaya göndərilmiş daha bir futbolçu – Sami Mmae heyətdə yoxdur. Əvəzedici komanda ilə matçlara çıxacaq?
    – Belə deyim ki, Sami Mmae bizimlə məşq etmir. Artıq menecerlər arasında danışıqlar gedir. Necə nəticələnəcəyini bilmirəm. Amma bilirəm ki, hazırda Azərbaycanda deyil.

    Müsahibəni aldı: Səbuhi Musa
    Videonu çəkdi: Bahar Rüstəm

    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Akademiya

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Akademiya

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Akademiya

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Akademiya

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Futbol

    "Sabah"ın gəncləri Çexiya klubuna böyük hesabla uduzdu

    13.10.2026 16:55:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved