Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Həndbol
    Həndbolçular "qiyam"a başladı: Saleh Məmmədov pul ayırmaqdan imtina edib
    30.04.2026 15:30:00

    Ölkə həndbolu uçurum qarşısındadır.

    Prosport.Az-ın xəbərinə görə, Azərbaycan Həndbol Federasiyasının (AHF) prezidenti Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra vəziyyət daha da pisləşib.

    68 yaşlı federasiya prezidenti fevralın 6-da AAYDA-nı tərk etdiyindən, artıq federasiyaya maliyyə ayırmaqdan imtina edib. Federasiyadan maliyyələşən klublarda heç kimə son 2 ayın maaşı verilməyib. Məsələn, kişilərdə çempionatın lideri olan "Bakı" komandasının 3 legioneri – 2 rusiyalı və 1 belaruslu həndbolçu bu səbəbdən ölkəni tərk edib.

    Yanvar ayında bütün hamıya VÖEN açılsa da, cəmi 1 ay maaş verilib. Hazırda federasiyada və klublarda 200-ə yaxın adam maaş ala bilmir. Bunların arasında ailəsinə çörək pulunu yalnız həndboldan aparan insanların sayı da az deyil.

    Federasiyanın baş katibi Yusif Atakişiyev həndbol camiəsini maaş vədi ilə aldatmaqla məşğuldur. O, insanlara ümid verir, lakin maaşlar yoxdur. Görünür, özünün AAYDA yolu ilə qazandıqları özü üçün bəs edib. 10 ildir ki, federasiya prezidenti olan Saleh Məmmədova çıxış əldə edənlər isə "mənə dəyib dolaşmayın, pulum yoxdur" cavabını eşidir.

    Oyunların keçirildiyi "AHF Arena"da (keçmiş "ABU Arena") da artıq məşq keçmək mümkün deyil. Çünki bu zalın icarə haqqı (aylığı təxminən 20 min manatdır) verilməyib.

    Üstəlik, çempionatın reqlamenti, oyunların qrafiki klublara tam aydın çatdırılmır. Maliyyə çətinliyindən klublar Mingəçevirə "Kür"lə oyunlara gedə bilmir. Bu səbəbdən "Kür" oyunları Bakıda keçirir. Mingəçevirdə keçiriləcək oyunların taleyi isə sual altındadır. Elə Azərbaycan Kubokunun taleyi də. Çünki bu yarışdan ümumiyyətlə səs-soraq yoxdur.

    Bu gün saat 11:00-da həndbol camiəsi "AHF Arena"da yığışıb. Bu dəfə Yusif Atakişiyev "pul yoxdur" deyib. Vitse-prezident Orxan Abbasov isə narazılar önünə çıxmaqdan çəkinib deyə, gizlənməyə üstünlük verib.

    Daha sonra narazılardan bəziləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədova dərdlərini bir daha çatdırmağa çalışıb (əvvəl də görüş olub). Onlar yeni seçki keçirilməsini və maliyyə vəziyyətinin düzəlməsini istəyir.

    Onu da bildirək ki, bu, həndbolda bu rəhbərliyin dönəmində olan 2-ci "qiyam"dır. 2021-ci ilin noyabrında "Bakı" və "Məhsul" komandasının oyunçuları məşqləri boykot etmişdi. Onlar maaşlarının endirilməsindən və özbaşına şəkildə pul tutulmasından narazılıq edirdi. Nəticədə narazı həndbolçular millidən qovulmuşdu. Yalnız nazirliyin müdaxiləsindən sonra məsələ nisbətən qaydasına düşmüşdü.

    Qeyd edək ki, Saleh Məmmədovun AAYDA-dan çıxarıldığı gün əmək və əhalinin sosial müdafiəsi nazirinin sabiq müavini və Azərbaycan Boks Federasiyasının sabiq vitse-prezidenti Vüsal Nəsirli sözügedən qurumun İdarə Heyətinin sədri təyin olunub. Bu səbəbdən bu il seçkilər keçirilib, Vüsal Nəsirlinin bu posta seçiləcəyi gözlənilir.

    Səbuhi Musa

    Həndbol

    Mingəçevir komandası Şimali Makedoniya klubu ilə qarşılaşacaq

    14.10.2026 15:43:06
    Top oyunları

    "Kür" APOEL-i ikinci oyunda da məğlub etdi

    11.10.2026 23:04:34
    Həndbol

    "Kür" APOEL-lə cavab oyununa çıxacaq

    11.10.2026 13:34:26
    Həndbol

    "Kür" APOEL-ə böyük hesabla qalib gəldi

    10.10.2026 20:03:24
    Top oyunları

    "Kür" avrokubok oyununa çıxır

    10.10.2026 15:31:55
    Həndbol

    "Aprel ayından maaş almırıq" – Həndbol millimizin üzvü

    21.07.2026 10:21:00
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "Bu həftəlik baş məşqçiyəm, sonrasını bilmirəm" - Ervins Perkins

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "Əlimizə düşən imkanları dəyərləndirə bilmədik" - Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    ABL: "Naxçıvan" "Gəncə"dən üstün oldu

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved