“Cənab Sven Serreni Avropa Badminton Konfederasiyasının prezidenti seçilməsi münasibətilə təbrik edir, ona bu məsuliyyətli vəzifədə uğurlar arzu edirəm".
Prosport.Az-ın məlumatına görə, bunu Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov deyib.
O, Avropa Badminton Konfederasiyasının Bakıda keçirilən konqresində belçikalı Sven Sereni bu quruma prezident seçilməsi münasibətilə təbrik edib:
"İnanıram ki, Avropa Badminton Konfederasiyası ilə dayanıqlı tərəfdaşlıq əlaqələrimiz daha da güclənəcək və Azərbaycan Avropanın ən uğurlu badminton mərkəzlərindən birinə çevriləcək”.
Qeyd edək ki, Avropa Badminton Konfederasiyasının əvvəlki prezidenti slovakiyalı Peter Tarçala idi.

