Avropa Badminton Konfederasiyasının yeni prezidenti seçilib.
Prosport.Az xəbər verir ki, qurumun bu gün Bakıda keçirilən konqresində belçikalı Sven Sere seçilib.
O, 43 səsdən 32-ni toplayıb. Belçikalı mütəxəssis növbəti 4 il müddətinə Avropa Badminton Konfederasiyasına rəhbərlik edəcək.
Qeyd edək ki, Sven Sere 2012 Ya Olimpiya Oyunlarında badminton üzrə hakimlərdən biri olub.

