Azərbaycanın üzgüçülük üzrə Paralimpiya çempionu Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Prosport.Az-ın məlumatına görə, idmançı 100 metr məsafəyə brass üzrə üzməkdə 1:12.34 nəticə göstərib.
Final yarışı bu gün Bakı vaxtı ilə saat 21:06-da başlayacaq.
Qeyd edək ki, Azərbaycanın digər para-üzgüçüsü Roman Saley dünya çempionatında 3 medal qazanıb. O, 100 metr məsafəyə arxasıüstə üzməkdə 2-ci, eyni məsafədə batterflay üsulu və 50 metr məsafəyə sərbəst üzməkdə 3-cü yeri tutub.
