Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Qurban Qurbanov, inciməyin, mən həmkarımın yanındayam – YAZI + VİDEO
    3.08.2023 12:23:00

    Qurban Qurbanov ölkə futbolunun simvoludur. Qurban Qurbanov Azərbaycan futbolunun özüdür. Qurban Qurbanov 15 ildir ki, Azərbaycanda futbolun yaşaması üçün ona nəfəs verən şəxsdir...

    Qurban Qurbanov mübaliğəsiz bütün bu təriflərə layiq şəxsdir.

    Ancaq Azərbaycan çoxdan şəxsiyyətə pərəstiş dövrünü adlayıb. Uzaq 53-cü ildən sonra şəxsiyyətə pərəstiş yığışdırılıb. İndi mətbuatda ölkə başçısından tutmuş ən xırda məmuradək tənqid edənə "gözün üstə qaşın var" deyən yoxdur.

    Bəs stalinizmin dəyərlərini qorumağa saxlayan qüvvələr nə edir? Bəllidir, ürəkdə Qurban Qurbanov sevgisi var. Və bu sevgi bəzən gözləri örtür. Qurban Qurbanov qalıb kənarda, bu insanlar Qurbanovu tənqid edənlərə ağıl öyrədir. Axı, məhz sizin kimi şəxslərə görədir ki, illərdir Qurban Qurbanov özünün bütün qərarlarının düzgün olduğunu bilir. Sizin inandığınız Quran haqqı, Allah elə bir insan yaratmayıb ki, o, səhvsiz olsun. Və mətbuatın işi o səhvi göstərməkdir...

    Əgər mətbuat quzu balası kimi konfransda yatacaqsa, o zaman bu konfranslar sizin dədə-babalarınızın əl çaldığı Kommunist Partiyasının Mərkəzi Komitəsinin iclasından nə ilə seçiləcək? Heçmi Türkiyədə "İmperator" sayılan Fatih Terim tənqid olunmayıb? Adam "Qalatarasaray"a bəlkə də heç zaman qazana bilməyəcəyi UEFA Kuboku və Superkubokunu qazandırıb. Keçmişə görə sağ ol, amma bu günə görə səhvin varsa, tənqid olunmalısan.

    Sənin işin baş məşqçilikdirsə, bizim işimiz də yazmaq, lazım gəlsə, tənqid etməkdir. Necə ki, siz uğur qazananda sizi az tərifləməmişik, hətta peşəkarlığa yaraşmasa da, bəzən konfrans zalına ayaq basdığınız ilk anda sizi alqışlamışıqsa, indi də xahiş edirik, tənqidləri qəbullanmağı bacarın...

    Dünənki mətbuat konfransında həmkarımın yanlış əvəzetmələrlə bağlı verdiyi suala "sən bunu anlamırsansa, bunu sənə başa salmağım uzun vaxt çəkər" cümləsi heç də təcrübəli mütəxəssisə yaraşmadı. İnciməyin, Qurban müəllim, mən həmkarımın yanındayam... Necə ki, siz futbolçularınızı hamıdan üstün sayırsınız, onlara etdikləri kobud səhvlərə görə dəstək olursunuz, inciməyin, mən də həmkarımın yanındayam...

    Səbuhi Musa  

    P.S.

    "Turan Tovuz"un 2 milyon dollarlıq sponsoru kimlərdir? – ARAŞDIRMA

    5.08.2026 15:58:30
    Futbol

    CV ilə milliyə məşqçi təyinatı olar? – YAZI

    27.07.2026 12:17:33
    P.S.

    İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı

    18.06.2026 21:08:53
    Futbol

    "Turan Tovuz" məsələsində kim günahkar oldu? – YAZI

    16.06.2026 19:49:47
    Futbol

    Aldanmış başqan... - YAZI

    13.06.2026 14:12:44
    Futbol

    Məsuliyyətsizliyin əndişəsi – YAZI

    1.06.2026 08:19:20
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved