"Ayntraxt"ın sabiq yarımmüdafiəçisi Daiçi Kanata İtaliya paytaxtına köçə bilər.
Prosport.Az xəbər verir ki, yaponiyalı "Latsyo"nun hədəfindədir.
Paytaxt klubunun rəsmiləri Kanatanın meneceri ilə danışıqlara başlayıb.
Daiçi Kamada hazırda sərbəst futbolçu statusunu daşıyır. 26 yaşlı futbolçu "Ayntraxt"dan əvvəl "Saqan", "Sent-Trüden" komandalarında oynayıb.

