Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Məşqçilik bir şey yoxdur, səhlənkarlıq məndədir" – İsa Rüstəmov
    21.04.2026 22:09:27

    Gürcüstanın paytaxtı Batumidə keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında birdənqaldırmada gümüş medal qazanan İsa Rüstəmov müsahibə verib.

    26 yaşlı idmançı Prosport.Az-ın Batumiyə ezam olunmuş əməkdaşına müsahibə verib.

    – Yarışı sizin üçün necə qiymətləndirmək olar?
    – Normal keçdi. Şükür olsun ki, Azərbaycana əliboş qayıtmıram. Ancaq lap yaxşı da ola bilərdi. Deməli, öz üzərimdə daha çox çalışmalıyam. Bu səhvlərin digər yarışlarda olmaması üçün məşq edəcəyəm. Bura qızıl medal qazanmağa gəlmişdim. Bu dəfə alınmadı.

    – Ötən il Moldovanın paytaxtı Kişinyovda keçirilmiş Avropa çempionatında 3 medal (1 böyük gümüş, 1 kiçik qızıl və 1 kiçik bürünc) qazanmışdınız. Bu dəfə 1 kiçik medalla kifayətləndiniz. Onda 67 kq-da idiniz, indi 71 kq-da. Yeni rəqiblər, çəki dəyişikliyi nə dərəcədə çıxışa təsir göstərdi?
    – 71 kq-da böyüklərin Avropa çempionatında ilk yarışım idi. Yeni rəqiblərim Avropa çempionları, dünya çempionatının mükafatçıları idi. Lakin mən də özümü onlardan zəif hesab etmirdim. İslam Həmrəyliyi Oyunlarında da bu çəkidə çıxış etmişdim. Amma orada bundan aşağı nəticə göstərmişdim (orada 3 medal – 1 böyük bürünc, 1 kiçik gümüş və 1 kiçik bürünc qazanmışdı – red.). Bu yarışda ümumi cəmdə İslamiadada qaldırdığım ağırlıqdan 3 kq da artıq (327 kq) nəticə verdim. Heç kimdə səhv görmürəm. Ən böyük səhv yəqin ki elə mənim özümdədir. Görünür, məşqlərimdə hardasa səhlənkarlıq etmişəm ki, belə səhv oldu. Gələcəkdə bu səhvləri düzəldib, tək medalı 3 medala dəyişməyə, üstəlik qızıl medal qazanmağa çalışacağam.

    – Birdən qaldırmada gümüş medal qazandınız. Bu barədə nə deyə bilərsiniz?
    – Orada 147 kq-ı 2-ci cəhddə qaldıra bildim. 149 kq-ı da qaldıra bilmədim, ağırlığı saxlamağa çalışsam da, düşdü. Yenə deyirəm ki, idmançı səhvi heç kimdə yox, 1-ci özündə axtarmalıdır.

    – Amma məşqdə bu çəkini rahat qaldırırdınız?
    – Bəli. Amma məşq prosesində çəki dərəcəm 71 kq-dan 2-3 kq artıq olur. Bu da qismən də olsa ağırlığı qaldırmağa təsir edir.

    – Təkanla qaldırmada risk var idi ki, 2 dəfə 178 kq-ı qaldıra bilmədiniz. Risk var idi ki, siz "sıfır"la bitirəsiniz?
    – Bəli, belə risk vardı. Şükür Allaha, 3-cü cəhddə 180 kq-ı qaldırdım.

    – Təkanla qaldırmada 4-cü oldunuz və ikiqat Avropa çempionu Qor Sahakyanla eyni – 180 kq-ı qaldırdınız. Sahakyan daha öncə bu çəkini sifariş verdiyindən, 3-cü o, 4-cü siz oldunuz. Bunu daha tez sifariş vermək olmazdı?
    – Planımız vardı ki, rəqibləri aşağı çəki sifariş verməklə aldadaq. Belə daha yaxşı nəticə vermək olacağını düşünmüşdük. Ancaq 2 dəfə 178 kq-ı qaldıra bilməməyim planları pozdu. Burada məşqçilik bir şey yoxdur. Səhlənkarlıq məndədir. Bu ilin payızında Çində keçiriləcək dünya çempionatında çalışacağam ki, 3 medal əldə edim.

    – Artıq bu çəki dərəcəsində qalacaqsınız?
    – Olimpiadada çəki dərəcəsi 75 kq-dır. İnşallah, bu çəki dərəcəsində nailiyyətlər əldə edərəm.

    Səbuhi Musa

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved