Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    İsa Rüstəmov Avropa çempionatını kiçik gümüş medalla başa vurdu – YENİLƏNİB
    21.04.2026 20:58:36

    Gürcüstanın Batumi şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının 3-cü günündə İsa Rüstəmov (71 kq) yarışı kiçik gümüş medalla başa vurub.

    Prosport.Az-ın Batumiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, İsa Rüstəmov təkanla qaldırmada 180 kq-ın öhdəsindən gəlsə də, 4-cü olub.

    1-ci yeri Yusuf Fəhmi Gənç (185 kq), 2-ci yeri Yeqor Popov (183 kq) və 3-cü yeri Qor Sahakyan (180 kq) tutub. Erməni idmançı 180 kq-ı İsadan öncə sifariş verdiyindən bürünc medal onun olub.

    Ümumi sıralamada isə 327 kq-ı qaldırmış İsa 4-cü olub. Yusuf Fəhmi Gənç (Türkiyə) 332 kq-la ardıcıl 2-ci dəfə Avropa çempionu olub, Qor Sahakyan (Ermənistan) 330 kq-la 2-ci yeri tutub, belaruslu Yeqor Popov (AIN) 328 kq-la bürünc medal qazanıb.  

    Qeyd edək ki, ötən il Moldovanın paytaxtı Kişinyovda keçirilmiş Avropa çempionatında İsa Rüstəmov 67 kq-da gümüş medal qazanmışdı. O, həmçinin birdənqaldırmada bürünc, təkanla qaldırmada isə qızıl medal əldə etmişdi.

    19:50

    Gürcüstanın Batumi şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının 3-cü günündə İsa Rüstəmov (71 kq) birdən qaldırmada gümüş medal qazanıb.

    Prosport.Az-ın Batumiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, ötən il Moldovanın paytaxtı Kişinyovda 67 kq-da gümüş medal qazanmış İsa Rüstəmov 147 kq-ı qaldırmaqla 2-ci yeri tutub.

    1-ci yeri dünya mükafatçısı və ikiqat Avropa çempionu Qor Sahakyan tutub. Ermənistan idmançısı 150 kq-ı qaldırmaqla qızıl medal qazanıb. Türkiyəli dünya mükafatçısı və son Avropa çempionu Yusuf Fəhmi Gənç də 147 kq qaldırıb. Sadəcə, 147 kq-ı İsa ilk öncə sifariş verdiyi üçün türkiyəli idmançı 3-cü yeri tutub.

    Qeyd edək ki, idmançımız az sonra təkanla qaldırmada gücünü sınayacaq.

    10:46

    Gürcüstanın Batumi şəhərində keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının 3-cü günündə Azərbaycanın daha bir idmançısı gücünü sınayacaq.

    Prosport.Az-ın Batumiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, ötən il Moldovanın paytaxtı Kişinyovda 67 kq-da gümüş medal qazanmış İsa Rüstəmov bu dəfə çempionluq üçün yarışacaq.

    Ötən il Səudiyyə Ərəbistanında keçirilmiş İslam Həmrəyliyi Oyunlarında 71 kq çəki dərəcəsində 3 medal (1 gümüş və 2 bürünc) qazanmış İsa Rüstəmov bu dəfə də eyni çəkidə mübarizə aparacaq.

    26 yaşlı idmançımızın A qrupundakı rəqibləri bu atletlərdir: dünya mükafatçısı, ikiqat Avropa çempionu Kamerun doğumlu Bernarden Matam (Fransa), tatar əsilli rusiyalı dünya mükafatçısı Zülfət Qarayev (AIN), dünya mükafatçısı, ikiqat Avropa çempionu Qor Sahakyan (Ermənistan), Engin Kara (Türkiyə), Pyotr Kudvaşık (Polşa), belaruslu Yeqor Popov (AIN), dünya mükafatçısı və son Avropa çempionu Yusuf Fəhmi Gənç (Türkiyə), Avropa mükafatçısı Georgi Çerney (Moldova) və Dian Pamporciev (Bolqarıstan).

    Daha 5 idmançı – Harison MakQroqan (İrlandiya), Conatan Çin (Böyük Britaniya), İvan Novko (Xorvatiya), Faris Durak (Bosniya və Herseqovina) və Maykl Fermer (Uels) səhər seansında B qrupunda çıxış edib.

    Qeyd edək ki, dünən 60 kq-da Tehran Məmmədov B qrupunda çıxış edib. O, 14 idmançı arasında birdən qaldırmada 118 kq-ı qaldıraraq 8-ci olub. Tehran təkanla qaldırmada isə 142 kq-ın öhdəsindən gələrək 8-ci olub. Ümumi 260 kq çəki qaldırmış idmançımız yekunda da 8-ci olub. O, reytinqi yüksək idmançıların yarışdığı A qrupundan Marian Luka (Rumıniya), son Avropa çempionatının gümüş medalçısı Qoderdzi Berdelidze (Gürcüstan) və Narkis Papoltini (Rumıniya) qabaqlayıb.

    Stolüstü oyunlar

    Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

    18.07.2026 17:00:11
    Digər idman növləri

    Federasiya nümayəndələri arasında maraqlı yarış: Ən böyük balığı kim tutdu? - FOTOLAR

    17.07.2026 17:07:22
    Digər idman növləri

    Azərbaycanda bu federasiyaya yeni baş katib təyin olundu

    16.07.2026 22:16:09
    Digər idman növləri

    Azərbaycan ilk dəfə bu idman növü üzrə Avropa çempionatında

    15.07.2026 21:43:25
    Digər idman növləri

    “Komandamız optimal hazırlıq səviyyəsindədir” – Rafiq Hüseynov

    15.07.2026 20:40:38
    Digər idman növləri

    Azərbaycanda yeni antidopinq qaydaları tətbiq olunacaq

    15.07.2026 12:44:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Cüdo millimizin üzrvləri ilə görüş keçirilib – FOTOLAR

    19.07.2026 13:45:15

    FIFA DÇ-da rekord gəlir əldə etdi

    19.07.2026 13:20:10

    Olise Peleni geridə qoydu

    19.07.2026 12:04:15

    DÇ-2026-nın qalibi bu gün müəyyənləşəcək

    19.07.2026 12:02:15

    Drikus du Plessi Kamaru Usmanı məğlub etdi

    19.07.2026 11:38:40

    “Uduzmaq xoş deyil, amma görülən işdən məmnunam” – Deşam

    19.07.2026 11:35:04

    İngiltərə DÇ-da III oldu – VİDEO

    19.07.2026 10:45:25

    Mbappe Messini geridə qoydu

    19.07.2026 10:00:40

    Kamilo Duran yenə fərqləndi, “Seltik” heç-heçə etdi

    18.07.2026 23:07:49

    DÇ-ya çağrılmadı, karyerasını bitirdi

    18.07.2026 22:43:25

    Mahir Polşa klubuna "Bayatı Şiraz" ilə keçdi – VİDEO

    18.07.2026 21:56:33

    “Şamaxı” portuqaliyalı yarımmüdafiəçini transfer etdi

    18.07.2026 21:20:38

    "Beşiktaş"da daha bir ayrılıq

    18.07.2026 21:03:59

    Millimiz mübarizəni dayandırdı

    18.07.2026 20:17:56

    “Qalatasaray” 4 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır

    18.07.2026 19:36:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved