Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Hidayətdən bu məğlubiyyəti gözləməzdim" – Müəllimi Tərlan Həsənov
    21.04.2026 14:42:28

    Gürcüstanın paytaxtı Tbilisidə yarışı izləyənlər arasında əfsanəvi cüdo məşqçisi Tərlan Həsənov da vardı. O, tələbələri – Hidayət Heydərov (73 kq) və Murad Fətiyevə (90 kq) görə Gürcüstana gəlmişdi.

    Prosport.Az-ın Gürcüstana ezam olunmuş əməkdaşı yarışdan sonra 83 yaşlı mütəxəssisdən fikirlərini öyrənib.

    – Tələbəniz Murad Fətiyevə ümidlər çox idi. Lakin o, ilk görüşdə rumıniyalı Aleks Kretsə 2 vaza-ari xalı ilə uduzdu. Erkən uduzmağının səbəbini nədə görürsünüz?
    – Murad tələsdi, fənd atdı. Əvvəl xalı ona verdilər, sonra qərarı dəyişdirib rəqibə vaza-ari xalını verdilər. Daha sonra vaxt bitirdi deyə, fənd etməyə tələsirdi. Bir də yıxıldı, 2-ci vaza-ari xalı rəqibə verildi. Çox tələsik güləşdi. Həm də onun sol qolu zədəlidir. Solaxaydır deyə, sol qolunu işlədə bilmirdi. Peruda güləşəndə ağrıdıcı fənd etmişdilər, hələ sağalmayıb. İndi həkimlər qərar verəcək: ya əməliyyat olunacaq, ya da müalicə alacaq.

    – Hidayət Heydərovdan çoxları 5-ci Avropa çempionluğu gözləyirdi. Sizin fikrinizcə, finalda nə baş verdi?
    – O hələ pik formasına çatmayıb. Tələsməyə ehtiyac yoxdur. Oktyabrda Bakıda dünya çempionatı olacaq. Onlar Tbilisiyə getməmişdən əvvəl təlim-məşq toplanışında onun hazırlıq prosesinə baxmışdım. O necə işləmək lazımdır bilir. İlk görüşdə rəqibi yunan idi, təmiz (ippon) qələbə qazandı. 2-ci görüşdə rəqibi Kosovodan idi, onu da təmiz (yuko) məğlub etdi. 3-cü görüşdə rəqibi fransalı idi. Çox güclü idmançıdır, gənclər arasında dünya çempionu olub. Ötən il Perudakı Qran-pridə ilk görüşdə Hidayəti təmiz yenmişdi (finala kimi getmişdi). Amma bu dəfə Hidayət onu təmiz fəndlə – çiyindən burma ilə ippona saldı. Finala çıxmaq üçün türkiyəli Bilal Çiloğlunu məğlub etməli idi. Onunla dəfələrlə güləşib, narahat, hündürboy idmançıdır. 1 ildir ki, yarışlarda görünmürdü, zədəsi vardı. Avropa çempionatında 2-ci dəfə 3-cü oldu. Hidayət onunla Qolden Skora getdi. Orada Hidayət onu çöndərib saxladı və 2-ci yuko ilə qələbə qazandı. Finalda gürcülərin əfsanəvi idmançısı Laşa Şavdatuaşvili ilə güləşdi. O, London Olimpiadasının çempionu, Rio Olimpiadasının 3-cüsü, Tokio Olimpiadasının isə 2-cisi olub. Dünya və Avropa çempionu olub, çox yaxşı idmançıdır. Görüş bərabər keçdi. Mənə elə gəlir ki, hakimlər bir az insaflıq etdi. 1-ci şidonu Hidayətə verdilər. 2-ci şido ona verilməməli idi, çünki Hidayət hücumda idi. Qolden Skorda Hidayət ondan üstün idi. Orada da birdən 3-cü şido xəbərdarlığını Hidayətə verib qələbəni gürcü idmançıya verdilər. Hidayət ömründə güləşməməyinə görə hansoku almayıb. Sadəcə 1 dəfə saçı açıq olduğuna görə 3-cü xəbərdarlıqla uduzub. Hakimlər insafsızlıq etdi. Amma hakimləri tam günahlandırmıram. Yerli idmançıya tərəf "işlədilər". Qələbəni rəqibə verdilər. Bu mənim fikrimdir.

    – Tbilisidə özünüz də oldunuz. Hansı hisslər keçirdiniz?
    – Çox həyəcan keçirdim. Amma neyləmək olar? Elə bilirdim ki, Hidayət onu məğlub edəcək. Özü də görüşə çox sakit və təmkinli çıxmışdı, rəqibindən çəkinmirdi. Hidayət ona bir dəfə – 17 yaşında Bakıda uduzub, ondan sonra isə 4 dəfə qalib gəlib. Bu məğlubiyyəti gözləməzdim. Amma hakimlərin işinə müdaxilə edə bilmirik. Düşünürdüm ki, Hidayət qızıl medal qazanacaq, amma əfsuslar olsun ki, alınmadı.

    – Ümumilikdə 1 gümüş və 3 bürünc medal qazanan Azərbaycan millisinin çıxışı sizi nə dərəcədə qane etdi?
    – Yenə də 3 bürünc, 1 gümüş medal pis deyil, amma əla da deyil. Həmişə 100%-lik nəticə gözləyirik, alınmır. Bu, Avropa çempionatıdır və Gürcüstan, Rusiya və Fransa millisi yarışa yaxşı hazırlaşmışdı. Azərbaycan da pis çıxış etmədi. Balabəy Ağayev də pis güləşmədi. 3-cü yer uğrunda millimizin üzvü Əhməd Yusifova uduzdu. Turan Bayramov da gözəl güləşdi, 3-cü oldu.

    – Zelim Kotsoyevin 3-cü yer uğrunda görüşə buraxılmaması haqda nə deyə bilərsiniz?
    – O, səhv etdi, rəqibin qolunu burdu, ona hansoku-make verdilər. Bu fəndə icazə verilmir. Həmin fəndi ayaqüstə Hidayətə Şavdatuaşvili etdi, amma hakim ona xəbərdarlıq vermədi. Zelim Kostoyevə isə nevaza – oturaq vəziyyətdə xəbərdarlıq etdilər. Çox qəliz vəziyyət idi.

    Səbuhi Musa

    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Cüdo

    "Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var" - Riçard Trautman

    12.10.2026 17:36:45
    Cüdo

    "Dünya çempionatında möhtəşəm nəticələr əldə etdik" - Elnur Məmmədli

    12.10.2026 16:51:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13

    "Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı

    15.10.2026 10:51:47

    Dünya çempionatı: Millimiz Slovakiyaya qarşı

    15.10.2026 10:27:36

    Günay Qurbanova finalda, Ruslan Nurullayev dünya 3-cüsü oldu

    15.10.2026 10:00:35

    "Neftçi" ilə oyunun ilk hissəsində zəif təsir bağışladıq" - Latviya klubunun baş məşqçisi

    14.10.2026 23:48:34

    "Sanki rəqibə həddindən artıq hörmətlə yanaşdıq" - "Sabah"ın baş məşqçisi

    14.10.2026 23:17:03

    "Sabah" səfərdə "Trabzonspor"la bacarmadı

    14.10.2026 22:44:55

    "Ötürmələrdə və atışlarda bəsit səhvlərə yol verdik" "Neftçi"nin baş məşqçisi

    14.10.2026 22:13:42

    Elvin Yunuszadənin komandasının oyunu yarımçıq dayandırıldı

    14.10.2026 21:45:10

    Azərbaycan voleybolunun ən böyük uğurundan 15 il ötür

    14.10.2026 21:23:24

    "Neftçi" avrokubokda ikinci oyunu da uduzdu

    14.10.2026 20:49:57

    Yunan-Roma güləşçilərimiz dünya çempionatına hazırlaşır

    14.10.2026 20:20:53

    "Xorvatiyaya dünya çempionu olmağa gəlmişik" - Millimizin baş məşqçisi

    14.10.2026 19:56:06

    "Qol vurmağıma sevinmərəm" - Umarali Raxmonaliyev

    14.10.2026 19:17:05

    "İmişli"də müvəqqəti baş məşqçi

    14.10.2026 18:47:38
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved