Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Balabəy Ağayevə qarşı daha çox haqsızlıq edilib" – Natiq Bağırov
    19.04.2026 16:47:35

    Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatından sonra müsahibə verib.

    Prosport.Az-ın Tbilisiyə ezam olunmuş əməkdaşı həmin müsahibəni təqdim edir.

    – 1 gümüş və 3 bürünc medal qazandıq. Nəticəni necə qiymətləndirirsiniz?
    – Bizim üçün nəticələr qənaətbəxş alındı. Ümumilikdə yaxşı nəticə göstərildi. İdmançılarımız 1 gümüş və 3 bürünc medal əldə etdilər. Amma medalların rəngi fərqli də ola bilərdi. 

    – Son 2 Avropa çempionatında qızıl medal qazana bilmirik. Bunun səbəbləri nə ilə bağlıdır?
    – Beynəlxalq arenada güclü rəqabət mühiti mövcuddur. Əlbəttə, medal qazanan idmançılarımız çox güclüdür. Bu gün həm Avropada, həm də dünyada bütün idmançılar böyük əzmkarlıqla çalışır. Bizim idmançılar kimi digər ölkələrin də istedadlı nümayəndələri yarışlarda iştirak edir. Əminik ki, Bakıda keçiriləcək dünya çempionatında daha uğurlu çıxış edəcəyik. Doğma azarkeşlərin dəstəyi bizə əlavə motivasiya verəcək və daha yüksək nəticələr əldə etməyimizə kömək olacaq. Dünya çempionatı ən yüksək səviyyəli yarışdır. Amma fikrimcə, idmançılarımız çox yaxşı güləş nümayiş etdirdi.

    – Həm də federasiyanın Hakimlər Komitəsinin sədrisiniz. İdmançılarımız barədə olan hakim qərarları barədə nə deyə bilərsiniz?
    – Ümumiyyətlə, həyatın özü kimi idmanda da bəzən haqsızlıqlar ola bilir. Ona görə də hakimliklə bağlı "no comment", yəni hər hansı şərh bildirmək istəmirəm. Biz daha da güclü olmalıyıq. İdmançı haqsızlıqdan çox öz çıxışını təhlil etməlidir. 

    – İdmançılardan kimlər sizi yaxşı mənada təəccübləndirdi, kimlər məyus etdi?
    – Məyus edən olmadı. Sadəcə, görüşlərin nəticəsi məyus etdi. Bilirəm ki, Murad Fətiyev və Kənan Nəsibov ən azı medal qazana bilərdi. Rəqibləri zəif deyildi. Sadəcə, səhvə görə xal vermədilər. Fikrimcə, Murad üçün yuko xalı verilməli idi. Buna baxmayaraq, onlar gələcəkdə öz sözlərini deyəcək.

    – Avropa çempionatı Bakıdakı dünya çempionatı öncəsi hansı dərsi sizə verdi?
    – İdmançılar bütün çətinliklərə hazır olmalı və yalnız rəqibləri deyil, həm də hakimləri nəzərə almalıdır. Onda bizim idmançılar daha güclü güləş nümayiş etdirəcək.

    – Bakıda da bizim hakim haqsızlığı ilə üzləşmək imkanımız var...
    – Belə hallar hər yarışda baş verə bilər. Ona görə də biz hər zaman ən çətin vəziyyətə hazır olmalıyıq. 

    – Bu sualı federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsulluya da vermişdim. Avropa Cüdo Birliyinə etirazı hansısa formada çatdırmaq olmazdı?
    – Cüdoda qaydalar elədir ki, biz indi etiraz bildirsək də, nəticə dəyişməyəcək. 

    – Amma hər halda bu etirazla gələcək yarışlarda belə halların qarşısını almaq olar...
    – Təbii ki.

    – Teddi Rinerin dünya çempionatının finalında İnal Tasoyevlə medalı bölüşdürməsi faktı da var. Onda Tasoyevə qarşı haqsızlıq olmuşdu...
    – O, son görüş idi. Bu, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin müdaxiləsindən sonra baş verdi. Sadəcə, bizim idmançılar çıxış edəndə və haqsızlıq olanda son görüşlər deyildi. Hidayət Heydərova final görüşündə 3-cü cərimə xalı verilməyə də bilərdi. Necə deyərlər, 50/50 nisbətində situasiya idi. Belə hallarda yerli idmançıya hakimlər daha çox üstünlük verir.

    – Siz fikirləşirsiniz ki, Balabəy Ağayevə daha çox haqsızlıq olub?
    – Bəli, bu, şəxsən mənim öz fikrimdir. Amma o hisslər ürəyimdə qalacaq. Hakimlərlə bağlı şərhim yoxdur. Çünki istərdim ki, hakimlər haqsızlıq etsə belə, idmançılarımız ancaq özlərini təqsirləndirsin. Düşünsünlər ki, harda səhv ediblər. Belə düşünsələr, güclü çıxış edəcəklər.

    – Zelim Kotsoyevin bürünc medal görüşünə buraxılmamasını necə izah edə bilərsiniz?
    – Kotsoyevin yarımfinal görüşündə qadağan olunmuş fənddən istifadə edildiyi bildirildi. Ağrıdıcı fənd etdiyi deyildi. Lakin son 15 ilin praktikasına baxdıqda, bu cür hallara görə idmançının hansoku-make ilə diskvalifikasiya edildiyini görməmişəm.

    – Hakimlik haqda çox danışmamağınız federasiyaya hansısa cəza gələ biləcəyi ehtimalı ilə bağlıdır?
    – Xeyr. Cüdonun öz fəlsəfəsi var. Özüm 11 yaşımdan 37-dək cüdo ilə məşğul olmuşam. Sadəcə, qeyd etdiyim kimi, idmançılarımızın bu hakim qərarlarına çox köklənməsini istəmirəm.

    – Məşqçilərlə fikir mübadiləsi aparmısınız? Onlar qızıl medalın olmamasına görə nə səbəb göstərirlər?
    – Avropa çempionatında 46 ölkə iştirak edir. Yekunda çox az komanda 4 medalla çıxışını bitirdi. Bu doğrudan da yaxşı nəticədir. Məni sevindirən əsas məsələ medallar yox, idmançıların dünya çempionatı öncəsi görüşlərə yanaşmaları və sərgilədikləri çıxışlardır. Komandamız çox gözəl yarışdı. Ümid edirəm ki, gələcəkdə bundan da yaxşı nəticələrimiz olacaq.

    Səbuhi Musa
    Tbilisi, Gürcüstan

    Cüdo

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30
    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved