Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Azərbaycan cüdo üzrə Avropa çempionatını 4 medalla başa vurdu – YENİLƏNİB
    19.04.2026 14:46:20

    Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatını Azərbaycan 4 medalla başa vurub.

    Prosport.Az-ın Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, olimpiya, dünya və Avropa çempionumuz Zelim Kotsoyev yarımfinalda son Avropa çempionatının bürünc medalçısı niderlandlı Simyon Katarina ilə görüşdə qadağan edilmiş hansoku-make aldığı üçün İlya Sulamanidze ilə 3-cü yer uğrunda görüşə buraxılmayıb.

    Beləliklə, Azərbaycan yarışı 1 gümüş və 3 bürünc medalla başa vurub. Hidayət Heydərov (73 kq) gümüş medalla kifayətlənibsə, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıb.

    Xatırladaq ki, ötən il Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa çempionatında Azərbaycan 1 gümüş və 4 bürünc medal əldə etmişdi.

    13:40

    Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Zelim Kotsoyev bürünc medal uğrunda güləşəcək.

    Prosport.Az-ın Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, o, yarımfinalda son Avropa çempionatının bürünc medalçısı niderlandlı Simyon Katarinaya uduzub.

    O, bürünc medal üçün gürcü İlya Sulamanidze ilə qarşılaşacaq.

    12:50

    Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Zelim Kotsoyev yarımfinala adlayıb.

    Prosport.Az-ın Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, o, 1/8 finalda ukraynalı Yaroslav Davidçukdan, 1/4 finalda macarıstanlı Jombor Veqdən üstün olub.

    İdmançımızın yarımfinaldakı rəqibi son Avropa mükafatçısı Simyon Katarina (Niderland) ilə qarşılaşacaq.

    10:45

    Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə bu gün 3 cüdoçumuz mübarizəyə qatılıb.

    Prosport.Az-ın Gürcüstana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev yarışa uğurlu start verib.

    100 kq çəki dərəcəsində yarışan osetin legionerimiz 1/16 finalda şimali makedoniyalı Nikola Pavlovskiyə qalib gəlib. O, 1/8 finalda ukraynalı Yaroslav Davidçukla qarşılaşacaq.

    +100 kq çəki dərəcəsində son Azərbaycan çempionu olmuş Kənan Nəsibovun Avropa çempionatında debütü isə uğursuz alınıb. O, son Avropa çempionatının mükafatçısı rus əsilli Erik Abramova (Almaniya) uduzaraq mübarizəni erkən dayandırıb.

    +78 kq-da çıxış edən osetin legionerimiz Mədinə Kaisinova da debüt edib.  O da son Avropa çempionatının mükafatçısı Elis Startsevaya (Rusiya) uduzaraq medalsız qalıb.

    Cüdo

    Cüdoçumuz dünya çempionatına lider kimi qatılacaq

    17.11.2026 22:17:25
    Cüdo

    Cüdo federasiyasının rəhbərliyi dünya çempionatına yollanacaq cüdoçularla görüşüb

    16.11.2026 19:39:09
    Müsahibə

    "Oğluma demişəm ki, mən etdiyim səhvləri sən etmə" – Ömər Rəcəblinin atası

    16.11.2026 09:40:05
    Cüdo

    Kənandan növbəti qızıl medal, Kokauri tatamiyə çıxmadı – YENİLƏNİB

    15.11.2026 22:33:50
    Cüdo

    Bakı şəhər çempionatı başa çatdı

    15.11.2026 18:18:00
    Cüdo

    Bu gün 5 cüdoçumuz Zaqrebdə tatamiyə çıxacaq

    15.11.2026 10:08:26
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Basketbol millimiz İslandiyaya böyük fərqlə uduzdu

    18.11.2026 01:45:44

    “Bütün komandadan razıyam” - Rui Jorje

    17.11.2026 23:28:32

    İdmançılarımız Türkiyədə birinci oldular

    17.11.2026 22:49:08

    Cüdoçumuz dünya çempionatına lider kimi qatılacaq

    17.11.2026 22:17:25

    Millimizin gücü Farer adalarına çatdı

    17.11.2026 21:47:10

    U-20 millimiz İraqın qapısına qol vura bilmədi

    17.11.2026 21:17:55

    Azərbaycanlı bombardir Superliqa klublarının hədəfində

    17.11.2026 20:45:34

    Toral Bayramov Mahir Emreli ilə eyni komandada?

    17.11.2026 20:18:28

    Azərbaycan çempionatında təxirə salınmış oyunların vaxtı bilindi

    17.11.2026 19:54:03

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55

    Millimiz Omana 2-ci oyunda da qalib gəldi

    17.11.2026 18:56:34

    Azərbaycan - İraq: HEYƏTLƏR

    17.11.2026 18:13:52

    Azərbaycanlı məşqçi 2-ci dəfə Avropanın ən yaxşısı oldu

    17.11.2026 17:48:14

    "Araz-Naxçıvan"ın legioneri zədədən sonra məşqlərə başladı

    17.11.2026 17:19:44

    II Liqada XI tura yekun vuruldu

    17.11.2026 16:51:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved