Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Avropa çempionatında medal qazanmaq bir az çətin olacaq" – Ülvi Quliyev
    18.04.2026 10:58:25

    Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev Prosport.Az saytına müsahibə verib.

    – 10-12 aprel tarixlərində keçirdiyiniz ənənəvi xarakter alan Qran-pri turnirinin əsas məqsədləri və bu yarışın Azərbaycan idmanına verdiyi töhfələr nədən ibarətdir?
    – Bu yarış artıq 4-cü ildir ki, keçirilirdi və ənənəvi xarakter alıb. Məqsədimiz isə gələcəkdə bu yarışın statusunu bir az da artırmaqdır. 3 gün davam edən yarışda müxtəlif yaş kateqoriyaları və çəki dərəcələri üzrə 700-ə yaxın idmançı iştirak etdi. Bu dəfə Azərbaycanla birlikdə 6 ölkə təmsil olundu. İstəyimiz odur ki, növbəti illərdə daha çox ölkə iştirak etsin.Əsas məqsədlərdən biri təcrübənin bölüşdürülməsi və mübadilə olunmasıdır. Yarış bu baxımdan çox faydalıdır. Hər zaman qeyd etdiyim kimi, vacib məqsədlərdən biri də təkcə medal qazanmaq deyil, gənclərə sağlam həyat tərzini aşılamaq, bir növ sağlam həyata çağırış etməkdir ki, Azərbaycan gəncliyi sağlam, sədaqətli, vətənpərvər olsun, fiziki, əqli və mənəvi cəhətdən güclü nəsil yetişsin. Bu istiqamətdə idmanın rolu böyükdür. Çalışırıq ki, federasiyanın işi bu istiqamətdə də genişlənsin. Gələcəkdə daha çox ölkələrin iştirakı təmin olunsun və nəinki federasiya, “Arpaçay” və digər klublarımızın da yarışları yüksək səviyyədə keçirilsin və qeyd etdiyim məqsədlərə nail ola bilək.

    – Federasiyanın özünə məxsus karate zalının yaradılması ilə bağlı planlarınız varmı?
    – Əlbəttə, arzumuz var ki, gələcəkdə məhz federasiyaya məxsus karate zalımız da olsun. Lakin hazırda bu, kifayət qədər böyük vəsait tələb edir. Sağ olsun dövlətimiz və dövlətimizin rəhbəri ki, yarışı keçirdiyimiz Sərhədçi İdman Mərkəzi kimi gözəl, hər cür şəraitə malik olimpiya kompleksləri yaradıb. Bizə də bu cür yarışları keçirmək qalır. Buna görə xüsusi minnətdarıq.

    – Bu yarış WKF-in (Dünya Karate Federasiyası) rəsmi təqviminə salınmayıb. Turnirin rəsmi təqvimə salınması planınızda varmı?
    – Düzdür, bu yarışlar WKF-in rəsmi təqvimində olmasa da, WKF qaydalarına uyğun keçirilir. Çalışırıq ki, gələcəkdə bu cür yarışlardan ən azı biri WKF-in A kateqoriyalı yarışları siyahısına daxil edilsin ki, burada daha çox ölkə iştirak etsin. Əslində bu da böyük məsuliyyət və vəsait tələb edən bir işdir. Bu barədə Gənclər və İdman Nazirliyi ilə müzakirələr aparırıq. Düşünürəm ki, gələcəkdə bu da mümkün olacaq.

    – WKF təqviminə aid olan "Olimpiya Ümidləri" turniri bu il Gəncədə keçiriləcək. Ötən il isə Mingəçevirdə olmuşdu. Bu qərar regionlarda idmanın inkişafı ilə bağlıdır?
    – Bəli, ötən il Mingəçevirdə keçirilmiş “Olimpiya Ümidləri” turniri bu dəfə Gəncədə keçiriləcək. Ümumiyyətlə, yarışları təkcə Bakı və Sumqayıt kimi mərkəzləşmiş şəhərlərdə keçirdikdə digər regionlarda inkişaf bir o qədər də sürətli getmir. Buna görə də yarışların coğrafiyasını genişləndirərək ölkəmizin digər bölgələrində keçirilməsini planlaşdırırıq. Düşünürəm ki, bu daha məqsədəuyğundur.

    – 20-24 mayda Almaniyanın Frankfurt şəhərində keçiriləcək Avropa çempionatından gözləntiləriniz nədir?
    – Bu yarışdan gözləntilərimiz olsa da, açığı, bir az çətin olacaq. Baxmayaraq ki, fevral ayında Kiprin Limassol şəhərində keçirilmiş yeniyetmə, gənclər və U-21-lərin Avropa çempionatında istədiyimiz nəticəni əldə etdik. Medal baxımından istər oğlanlar, istər qızlar, istərsə də kateqoriyalar üzrə həm qızıl, həm də gümüş medallar qazandıq. Lakin böyüklərdə hazırda vəziyyət fərqlidir. Bildiyiniz kimi, hazırda nəsil dəyişimi gedir. Rafael Ağayev kimi təcrübəli karateçimiz karyerasını başa vurub. Asiman Qurbanlı da başa vurmaq üzrədir. Bu səbəbdən qısa müddətdə ciddi uğur qazanmaq çətin olacaq. Ən azı bir olimpiya dövrü lazımdır ki, gənclər tədricən yetişsin və əvvəlki nəslin nəticələrinə yaxın uğurlar əldə edə bilsinlər.

    – Karatenin olimpiya idman növü statusunu yenidən qazanması nə dərəcədə real görünür?
    – Karatenin yenidən olimpiya idman növü kimi Oyunların proqramına daxil edilməsi hazırda kifayət qədər çətin məsələdir. Düşünürəm ki, Dünya Karate Federasiyası ilə Beynəlxalq Olimpiya Komitəsi (BOK) bu istiqamətdə daimi əlaqədədir və müzakirələr aparılır. Bildiyiniz kimi, ölkəmizdə keçirilən I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və III MDB Oyunları zamanı karate yarışları WKF xətti ilə keçirilib. Bunun səbəbi isə WKF-in BOK tərəfindən tanınan yeganə rəsmi karate qurumu olması və müvafiq sertifikata malik olmasıdır.

    Səbuhi Musa

    Taekvondo

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13
    Döyüş növləri

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58
    Karate

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47
    MMA

    Azərbaycanlı MMA döyüşçüsü "A1 Combat"da ilk qələbəsini qazandı

    17.10.2026 11:43:33
    Boks

    Dünya çempionatı: İki boksçumuz qələbə ilə başladı

    16.10.2026 22:45:48
    Döyüş növləri

    Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə yollanır

    16.10.2026 20:16:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved