"Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar".
Prosport.Az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında yazıb.
"Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram", - o bildirib.

