Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Bunun nəticəsi dəyişməyəcəksə, özümüzü niyə yoraq ki?!" – Rəşad Rəsullu
    16.04.2026 20:11:26

    Azərbaycan Cüdo Federasiyasının icraçı direktoru Rəşad Rəsullu Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatının ilk günündən sonra jurnalistlərə müsahibə verib.

    Prosport.Az-ın Tbilisiyə ezam olunmuş əməkdaşı həmin müsahibəni təqdim edir.

    – İlk gündə 2 bürünc medal gözləntinin neçə faizi oldu?
    – 65-70%. Daha çox qızıl medal gözləyirdim.

    – Qızıl medal qazanmamaq üçün səbəblər nə oldu?
    – Səhvlərimizə baxmalıyıq və bunun üzərində işləməliyik. Ona görə də hələ görüləsi işimiz çoxdur. 60 və 66 kq-da çıxış edən uşaqların hamısı yaxşı idi. Onlar, demək olar ki, 1 səhv etdi. Həmin səhvin hesabına da uduzdular. Uşaqların mübarizliyi, döyüşkənliyi xoşumuza gəldi. Qızlarda da irəliləyişi görürük. Hamı istəyir ki, birdən-birə hər şey yaxşı olsun. Buna da vaxt lazımdır.

    – Balabəy Ağayevin yarımfinalda Giorgi Sardalaşvili ilə görüşü çox müzakirə olundu. Bununla bağlı fikirlərinizi öyrənərdik...
    – Bununla bağlı fikirlər müxtəlifdir. Bu barədə mütəxəssislər fikir bildirsə, daha yaxşı olar. Avropa Cüdo Birliyinin (EJU) Hakimlər Komitəsi orada vaza-ari olduğunu bildirdi. Mən bu sahənin mütəxəssisi olmadığından, bir fikir bildirə bilmərəm. Amma Balabəy çox yaxşı formada idi. Rəqibindən 3 dəqiqə 15 saniyə üstün oldu. Mən bu görüşü Zelim Kotsoyevlə İlya Sulamanidzenin görüşünə bənzədirəm. Orada Zelim 3 dəqiqə 15 saniyə ərzində heç nə edə bilməmişdi, yalnız son 45 saniyədə qələbə qazanmışdı. Amma o qələbə ilə bu qələbə arasında fərq var.

    – EJU rəsmilərinə bu barədə narazılığınızı bildirdiniz?
    – Əgər bunun nəticəsində nəsə dəyişməyəcəksə, biz özümüzü niyə yoraq ki?! Təbii ki, bu o demək deyil ki, biz işləməyəcəyik. Amma bunun başqa yolları var.

    – Növbəti günlərdə qızıl medal ümidləri necədir?
    – Cüdo sürprizlərə açıq idman növüdür. Kim deyərdi ki, Şəfəq Həmidova dünya çempionu və olimpiya mükafatçısına qalib gələcək?! Bunu tatami göstərəcək. Mən deyə bilmərəm ki, kim qızıl medal qazanacaq. Elə idmançı qızıl medal götürə bilər ki, siz heç ondan medal gözləmirsiniz. Cüdoda proqnoz verənlərin çoxu yanılıb. Ona görə də proqnoz verməyim.

    – Rusiyalı son Avropa çempionu Danil Lavrentevlə italiyalı əzəli rəqib Manuel Lombardonun olmaması Hidayət Heydərovun işinə nə dərəcədə yarayar?
    – Fikrimcə, onlar olsaydı, Hidayət üçün daha yaxşı olardı. Onlarla daha yaxşı mübarizə aparır, nəinki yeni rəqiblərlə. Çünki yeni rəqibləri tanımayanda daha çətin olur. Lavrentev və Lombardonun olmamasını Hidayət üçün böyük üstünlük hesab etmirəm.

    – Ötən il Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa çempionatında 5 medal olmuşdu. Bu dəfə hədəf kəmiyyətdir, yoxsa keyfiyyət?
    – Hər ikisi. İstənilən medal əziyyətdir. Uşaqlar, məşqçilər gecə-gündüz çalışır. İstəyərik ki, qızıl medallar çox olsun. Ancaq hər bir medal nəticədir. Sizə sual verirəm: 1 qızıl, yoxsa 7 bürünc medal yaxşıdır?

    – 1 qızıl medal...
    – Burada bizim fikirlərimiz fərqlidir. 1 qızıl medal götürüb, qalan idmançılar mükafatsız qalsın, bu da düzgün deyil. Amma 6-7 bürünc medal olsun, hamı qazansın, bu daha yaxşıdır. 66 kq-da Orxan Səfərovdan sonra 6 il idi ki, Avropa çempionatında medal qazana bilmirdik. Çox şadam ki, Turan Bayramov 66 kq-a keçəndən sonra medal qazandı. 60 kq-da 2-3 dünya və Avropa çempionatında çıxış etmişdi, medal qazana bilməmişdi. Amma 66 kq-da ilk Avropa çempionatında bürünc medal qazandı. 60 kq-da çıxış edəndə 2-ci dəqiqədən sonra nəfəsi kəsilirdi, fiziki gücü olmurdu. Amma bu gün rahat idi...

    – Üstəlik, nəzərə almalıyıq ki, o son anda heyətə daxil edilmişdi...
    – Buna son an deməyək. Martın sonlarında bilirdik ki, Turan gedəcək. Çünki Ruslan Paşayev Tbilisidəki təlim-məşq toplanışında zədələnmişdi. Sadəcə, bu dəyişikliyi biz gec elan etdik. Son anda ötən il Rəşid Məmmədəliyev Hidayət Heydərovun əvəzinə Avropa çempionatına getmişdi. O da bürünc medal qazandı. Hər zaman uşaqlara deyirik ki, yarışa getməyə hazır olmalısınız. Çünki zədələrdən qaçmaq mümkün deyil.

    – Bakıda oktyabrda dünya çempionatı keçirəcəksiniz. Bu yarışdan götürüləcək nəsə bir şey var? Şəxsən biz nəsə görmədik...
    – Grücüstan Cüdo Federasiyasının da əziyyətini yerə vurmaq olmaz. Adamlar əziyyət çəkib. Daha əvvəl Böyük Dəbilqə yarışı təşkil etmişdilər. Hər bir yarışın özəlliyi var. Avropa çempionatını EJU, dünya çempionatını Beynəlxalq Cüdo Federasiyası (IJF) təşkil edir. Onların arasında fərq var. IJF-in keçirdiyi Böyük Dəbilqədə belə, tərtibat, səs effektləri fərqli olur. Əminəm ki, gürcülər dünya çempionatını keçirsə, bundan yaxşı təşkil edərdilər. Sadəcə olaraq, Avropa və dünya çempionatlarının keçirilməsi tələbləri arasında fərqlər çoxdur. Təbii ki, mən buradan xüsusi nəsə götürüləcək bir şey görmürəm. Amma ümumilikdə təşkilatçılıqdan razıyam.

    – ⁠"Hakimliklə bağlı görəcəyimiz işlər var" dedikdə nəyi nəzərdə tuturdunuz?
    – ⁠İdmançılarımız öz üzərində daha çox işləməli, səhvlərindən nəticə çıxarmalı və hər görüşdə daha güclü olmalıdır. İdmanda elə səviyyəyə çatmaq lazımdır ki, görüşlərdə qərar faktoru minimuma ensin. Qələbəni müzakirəyə açıq qoymamaq, nəticəni tatamidə aydın və dominant şəkildə həll etmək əsas hədəf olmalıdır.

    – ⁠Bəs VAR hakimliyi üçün?
    – ⁠Orasına hələ çox var. İlk başda hakimlərimiz yetişsinlər, A kateqoriyasına malik olsunlar, 50 yaşları olsun və təqaüdə çıxsınlar. O yaşdan sonra artıq icazə verilir və namizədlik irəli sürülə bilər. Hələlik bizim ən reytinqli hakimimiz Nazim Umbayevdir və onun 48 yaşı var. Bu işdə ingilis dilini də yüksək səviyyədə bilmək lazımdır. Ümid edək ki, gələcəkdə olar. Hazırda bizdə yalnız bu səviyyədə hakimlik edən Umbayevdir.

    – ⁠Belə görünür ki, VAR-da hakim daha vacibdir, nəinki tatamidə...
    – ⁠Bu idman növündə, təbii ki, video-təkrar tətbiq olunandan sonra tatamidəki hakimin rolu azalıb. Amma bu o demək deyil ki, ümumiyyətlə onların rolu yoxdur. VAR hakimlərin supervayzerləridir, onların qərarını ləğv etmək hüququna malikdir. Biz də bunu nəzərə alaraq işimizi görürük. Hər zaman deyirəm: biz elə güləşməliyik ki, onlara heç bir imkan verməyək. Hətta kimsə haqsızlığın olduğunu hesab edirsə belə, sən ona şərait yaratmamalısan. Əsas odur. Bu gün belə alındı. Növbəti yarış günlərində daha yaxşı olar. Amma mən inanmıram ki, bizə qarşı qərəzli mövqeləri var idi. Hər bir yarışda hakimlikdən narazı qalındığını görürük. Biz öz işimizə fokuslanmalıyıq, hakimliyə yox. Elə işləməliyik ki, hakimlik bizə mane olmasın.

    – ⁠Məsələ burasındadır ki, Balabəy Ağayevə qarşı haqsızlıq Gürcüstanda keçirilən Avropa çempionatında gürcü cüdoçu ilə görüşdə olub. Sizcə, görüş başqa yerdə keçirilsəydi, belə halla qarşılaşardıq?
    – ⁠Bilmirəm. Siyasi sualdır. Bu, sizin şərhinizdir. Özünüz necə istəsəniz, şərh verə bilərsiniz. Amma başqa yerdə necə ola bilərdi sualına mən cavab verə bilmərəm.

    Səbuhi Musa
    Tbilisi, Gürcüstan

    Cüdo

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30
    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved