Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Tbilisi Gəncəyə yaxın olduğu üçün bura mənə uğurludur" – Turan Bayramov
    16.04.2026 18:45:10

    "Bu gün sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm. Düzdür, çox insan inanmırdı. Amma mənə inanan şəxsi məşqçilər və federasiya rəhbərliyi də vardı".

    Prosport.Az xəbər verir ki, bunu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Çempionatında 66 kq çəki ilə bürünc medal qazanan Turan Bayramov yarışa ezam olunmuş jurnalistlərə açıqlamasında deyib.

    24 yaşlı idmançı yeni çəkidəki 3-cü yarışında əldə etdiyi nailiyyəti yüksək qiymətləndirib:

    – Artıq 66 kq-da 4-cü yarışım idi. Ötən ay Tbilisidə Böyük Dəbilqədə gümüş medal qazanmışdım. Onda inamım daha da artdı. Düşündüm ki, 60 kq-da edə bilmədiklərimi 66 kq-da daha rahat edərəm. Şükürlər olsun ki, bu yarışa gələndə də hazırlığım yüksək səviyyədə oldu. Qısa vaxtda bu yarışa qatılacağımdan xəbərim oldu. Bildiyiniz kimi, digər idmançı (Ruslan Paşayevi nəzərdə tutur – red.) zədələndiyi üçün heyətə adım daxil edildi. Şükürlər olsun ki, məşqçilər məni seçdi və mən də onların etimadını doğrultdum. Düzdür, qızıl da ola bilərdi, bəzi səhvlərə yol verdim.

    – Tbilisidə medalsız qaldığınız yarış olmayıb. Bu şəhərlə Aranızdakı doğmalıq nədir?
    – Bu şəhəri çox sevirəm. 2022-ci ildən bəri Böyük Dəbilqə turnirlərində medallar qazanıram. Özüm gəncəliyəm. Tbilisi Bakıdansa Gəncəyə daha yaxın olduğu üçün havası, çəkidən sonra qidalanma mənə özümü yaxşı hiss etdirir. Bura mənə öz torpağımdakı doğmalığı xatırladır.

    – Qızıl üçün çatışmayan bəzi çatışmazlıqlar hansı idi?
    – Düşünürəm ki, öz güləşimdən kənara çıxaraq xırda səhvə yol verdim. Heç vaxt üzərində işləmədiyim fənni etməyə çalışdım, o da alınmadı. Şəxsi məşqçim də, özüm də bunu bildik. İnşallah, evə qayıtdıqdan sonra vaxtımız olacaq. Bunun üzərində işləyib qarşıdakı yarışlarda belə səhvlərə yol verməyəcəyəm.

    – Murad Çopanov ilə 1/4 final görüşündə son saniyələrdə sizə xal verildi. Lakin son saniyələrdə o xal ləğv olundu...
    – Düşünürəm ki, haqlı qərar idi. Mən də döyüş əsnasında qalib gəldiyimi düşünmüşdüm. Rəqib ayağını ilişdirmişdi. Sonradan baxdılar və xalımı sildilər. Yəqin ki, orada xal yox imiş ki, vermədilər. Qərarla razıyam.

    – 66 kq çəki dərəcəsində Azərbaycan cüdoçularının dünya çempionatlarında medalı yoxdur. Bu il də dünya çempionatı Bakıdadır. Nə söz verə bilərsiniz?
    – Söz verib elə məsuliyyəti üzərimə götürə bilmərəm. Əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, öz ölkəmizin, doğma azarkeşlərimizin önündə layiqincə çıxış edim.

    – Avropa çempionatında digər çəkilərdən 2-də 2 cüdoçu çıxış edir. Ola bilərmi ki, yüksək rəqabət üzündən dünya çempionatında 66 kq çəkidə də 2 idmançı yer alsın?
    – Bu, əlbəttə, məşqçilər heyətinin qərarıdır. Dünya çempionatınadək daha bir neçə yarış olacaq. O vaxta qədər kimin yaxşı formada olub-olmadığına onlar qərar verəcəklər.

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved