Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Prezident Kuboku" ilk dəfə Sərsəngdən start götürəcək
    16.04.2026 16:05:49

    Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında aprelin 27-dən mayın 1-dək avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası keçiriləcək.

    Prosport.Az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.

    “Prezident Kuboku” ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonunda, Sərsəng su anbarından start götürəcək. Aprelin 27-də Sərsəngdə akademik, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları və yarışlar baş tutacaq. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq. Tədbir çərçivəsində, eyni zamanda, milli musiqi və rəqs nümunələri nümayiş etdiriləcək. Beləliklə, Suqovuşan və Köndələnçaydan sonra Qarabağda yeni bir məkanda avarçəkmə ənənəsinin əsası qoyulacaq.

    Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək. Saat 18:30-dan etibarən baş tutacaq açılış mərasimində əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. Ardınca komandaların Heydər Əliyev prospektindən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə qədər yürüşü təşkil olunacaq. Parad yekunlaşdıqdan sonra “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi və bədii hissə başlayacaq. Bədii hissədə şoular, müxtəlif rəqs və musiqi nömrələri nümayiş etdiriləcək. Tədbir “Döngə” qrupunun canlı ifaları ilə davam edəcək. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.

    Aprelin 29-da Qarabağın daha bir dilbər guşələrindən olan Suqovuşan su anbarında yarışlar davam edəcək. “Prezident Kuboku 2026” beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved