Cüdo üzrə Avropa mükafatçısı Balabəy Ağayevin (60 kq) qitə çempionatında 2-ci dəfə finala çıxmasına hakimlər mane olub.
Prosport.Az-ın Gürcüstanın paytaxtı Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Balabəy Ağayev yarımfinalda meydan sahibi idmançısı Giorgi Sardalaşvili ilə görüşdə uduzdurulub.
Belə ki, idmançımız yuko ilə hesabda öndə olsa da, hakimlər görüşün sonlarına yaxın təkrara baxaraq Giorgi Sardalaşvilinin xeyrinə vaza-ari verib. Halbuki təqdim etdiyimiz görüntülərdə nəinki vaza-ari, yuko xalının belə olmadığı görünür.
Qeyd edək ki, Balabəy Ağayev bu gün millimizin digər üzvü Əhməd Yusifovla bürünc medal uğrunda görüşəcək.

