Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Avropa çempionatının ilk günündə 2 "bürünc" oldu – YENİLƏNİR
    16.04.2026 17:51:30

    Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi ilk gündə 2 medal qazanıb.

    Prosport.Az-ın Tbilisiyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunlar Əhməd Yusifov və Turan Bayramovdur.

    60 kq-da Əhməd Yusifov fevralda keçirilmiş Daşkənd Böyük Dəbilqə turnirinin finalında olduğu kimi, bürünc medal görüşündə də Balabəy Ağayevə qalib gəlib.

    66 kq-da Turan Bayramov zədəli Ruslan Paşayevin yerinə son anda heyətə salınsa da, ümidləri doğruldub. O, bürünc medal görüşündə rusiyalı Abdullax Parçiyevdən üstün olub.

    Qadınlarda 48 kq-da sensasiyaya imza ataraq bürünc medal görüşünə çıxan Şəfəq Həmidova isə komanda yoldaşı Leyla Əliyeva kimi ispaniyalı Laura Martines Abelendaya uduzub.

    Beləliklə, millimiz yarışın ilk gününü 2 bürünc medalla başa vurub. Sabah saat 10:00-da başlayacaq yarışda yalnız 73 kq-da olimpiya, dünya və Avropa çempionumuz Hidayət Heydərov mübarizə aparacaq.  

    14:51

    Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi çıxışını davam etdirir.

    Prosport.Az-ın Tbilisiyə ezam olunmuş əməkdaşının xəbərinə görə, ilk mərhələdə 4 cüdoçumuz bürünc medal qazana bilər.

    60 kq-da Balabəy Ağayev 1/4 finalda özbək əsilli ukraynalı Dilşot Xalmatovu məğlub etsə də, yarımfinalda hakimlərin şübhəli qərarı ilə yerli idmançı, dünya və son Avropa çempionu Giorgi Sardalaşviliyə uduzub.

    Əhməd Yusifov isə 1/4 finalda Fransanı təmsil edən olimpiya və Avropa çempionu Luka Mxeidzeyə yenilib. Daha sonra Əhməd təsəlliverici yarışda Romen Valadye Pikara (Fransa) qalib gələrək bürünc medal görüşünə vəsiqə qazanıb. Onun bürünc medal uğrunda rəqibi Balabəy Ağayev olacaq.

    66 kq-da Turan Bayramov 1/8 finalda Elios Mantsiyə (İtaliya) qalib gəlsə də, növbəti mərhələdə rusiyalı Murad Çopanova uduzub. İdmançımız təsəlliverici yarışda Radu İzvoryanuya (Moldova) qalib gələrək bürünc medal görüşünə vəsiqə əldə edib. Onun buradakı rəqibi digər rusiyalı Abdullax Parçiyev olacaq.

    Qadınlarda 48 kq-da Şəfəq Həmidova sürpriz nəticəyə imza atıb. O, 1/8 finalda son dünya çempionu Assunta Skuttonu (İtaliya), 1/4 finalda İsveçi təmsil edən İran əsilli olimpiya və dünya mükafatçısı Tara Əbülfətə qalib gəlib. Bununla da o, Kifayət Qasımovadan sonra yarımfinala adlayan ilk azərbaycanlı qadın idmançımız olub. Şəfəq yalnız yarımfinalda olimpiya və dördqat Avropa çempionu Əlcəzair əsilli Fransa cüdoçusu Şirin Bukliyə uduzub. O, bürünc medal uğrunda Laura Martines Abelenda (İspaniya) ilə qarşılaşacaq.

    Könül Əliyeva isə 1/8 finalda Laura Martines Abelendaya uduzaraq medalsız qalıb.

    52 kq-da yarışan qadın idmançılarımızın da medal qazanmayacağı dəqiqləşib. 1/8 finalda Leyla Əliyeva ikiqat olimpiya mükafatçısı, dünya və Avropa çempionu Odett Cufridaya (İtaliya), Gültac Məmmədəliyeva isə ikiqat Avropa mükafatçısı Reka Puppa (Macarıstan) uduzaraq mübarizəni medalsız başa vurub.

    Qeyd edək ki, medal yarışları saat 16:00-dan etibarən başlayacaq.

    11:51

    Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatına Azərbaycan millisi uğurlu start verib.

    Prosport.Az-ın Tbilisiyə ezam olunmuş əməkdaşının xəbərinə görə, ilk mərhələdə bütün cüdoçularımız mərhələ adlayıb.

    60 kq-da çempionluğa favorit olan, yarışın 1 nömrəsi sayılan Balabəy Ağayev 1/4 finala adlayıb. O, italiyalı Andrea Karlinoya qalib gəlib.

    Həmin çəkidə Əhməd Yusifov Çarli Eyrə (Böyük Britaniya) qalib gələrək 1/4 finala çıxıb.

    66 kq-da Turan Bayramov 1/16 finalda Nikolas Kuntseyə (Almaniya) qalib gəlib.

    Qadınlarımız da ilk mərhələni – 1/16 finalı uğurla adlayıb. 48 kq-da Şəfəq Həmidova Erza Muminoviçə (Kosovo), Könül Əliyeva Amber Xersyesdən üstün olub.

    52 kq-da Leyla Əliyevanın serbiyalı rəqibi Nikolina Nişaviçin tatamiyə çıxmayacağını bildirmişdik. Gültac Məmmədəliyeva isə lüksemburqlu Karla Tavares Fernandesi məğlub edib.   

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Cüdo

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved