Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    2026-cı ilin ilk ciddi sınağı Tbilisidə: Kimlər medal qazanmağa namizəddir? – YAZI
    15.04.2026 22:38:43

    Sabah Azərbaycan idmanı 2026-cı ildə ilk ciddi sınağına çıxacaq. Olimpiya idman növlərində badminton və batut gimnastikası üzrə Avropa çempionatlarında qızıl medal qazana bilməyən Azərbaycan ictimaiyyəti bütün gözlərini qonşu Gürcüstanın paytaxtı Tbilisiyə yönəldib.

    Çünki burada cüdo üzrə Avropa çempionatı keçiriləcək. Bəs kimlərin qızıl medal qazanmaq və ya mükafatçı olmaq şansı var?

    Prosport.Az-ın Tbilisiyə ezam olunmuş əməkdaşı sabah saat 10:00-da start götürəcək yarış öncəsi şansları dəyərləndirib.

    Qitə yarışında ölkəmiz 11 çəki dərəcəsində 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunacaq.

    16 aprel (ilk gün)
    İlk gündə kişilərdə 3, qadınlarda 4 idmançımız mübarizəyə qoşulacaq. 60 kq-da Balabəy Ağayev və Əhməd Yusifov "səpələnmişlər" səbətində yer aldığından (ümumiyyətlə, 3 cüdoçumuz "səpələnmişlər" səbətində yer alır) 1/8 finaldan mübarizəyə başlayacaq.

    Dünya reytinqinin 2-cisi Balabəy ötən Avropa çempionatını zədə səbəbindən buraxmışdı. 2024-cü ildəki Avropa çempionatının finalçısı hazırda çempion olmağa əsas namizədlərdəndir. Yaxşı formada olan Balabəy fevralda Parisdəki Böyük Dəbilqənin qalibi olub, Daşkənd Böyük Dəbilqəsində isə gümüş medalla kifayətlənib (Əhməd Yusifova uduzub). Balabəy rəqiblərinə sensasiyaya imkan verməsə, 1/2 finalda son Avropa və 2024-cü ilin dünya çempionu Giorgi Sardalaşvili ilə qarşılaşacaq. Rəqib isə doğma publika önündə güləşəcəyindən, 1 addım öndədir. Bununla belə, Balabəy hazırda bu rəqibdən daha yaxşı formadadır.

    Əhməd Yusifovun da medal qazanmaq şansı böyükdür. Dünya reytinqinin 7-cisi hətta finala da çıxa bilər. Bu yolda əsas rəqibi ötən ay Avstriya Qran-prisinin qalibi olmuş fransalı Valadye Pikar Romendir.

    66 kq-da Ruslan Paşayev zədələndiyindən, onun yerinə mübarizəyə qoşulacaq Turan Bayramov üçün özünü bu çəki dərəcəsində göstərmək üçün əlinə əla şans düşüb. Heç kim ondan çempionluq gözləməsə də, bürünc medal gözləməyə dəyər. Təbii ki, 1/4 finalda rusiyalı Murad Çopanov səddinə ilişməyib, yarımfinala çıxa bilsə...

    Qadınlarda 48 kq-da Könül Əliyeva, Şəfəq Həmidova və 52 kq-da Leyla Əliyeva ilə Gültac Məmmədəliyeva ilk gündə yarışacaq. Yalnız qadınlarda 57 kq-da təmsilçimiz olmayacaq (millimizin sabiq üzvü Açelya Toprak Böyük Britaniya adından güləşəcək). Təəssüf ki, bu idmançılardan medal gözləntilərimiz azdır. Leyla Əliyevanın 1/16 finaldakı rəqibi serbiyalı Nikolina Nişaviç güləşməyəcəyindən, idmançımız birbaşa iştirak etdiyi son 2 Böyük Dəbilqə yarışında bürünc medal qazanmış, dünya və Avropa çempionu olmuş italiyalı Odet Cufrida ilə qarşılaşacaq.

    17 aprel (2-ci gün)
    Bu gündə yalnız 1 cüdoçumuz mübarizə aparacaq. Bütün gözlər 73 kq-da son Avropa çempionatında çəkisini aşağı sala bilmədiyi üçün yarışmamış olimpiya, dünya və qitə çempionumuz Hidayət Heydərova dikiləcək. Ötən ay Tbilisi onun üçün nisbətən düşərli olub. O, buradakı Böyük Dəbilqədə bürünc medal qazanmışdı. İndi Hidayətin 5-ci dəfə Avropa çempionu olmaq üçün yaxşı şansı var. Hərçənd, bunun elə də asan olmayacağı heç kimə sirr deyil.

    18 aprel (3-cü gün)
    4 cüdoçumuz (3 kişi və 1 qadın) mübarizəyə qoşulacaq. 81 kq-da yarışan osetin legionerimiz Zelim Tçkayev və Ömər Rəcəblinin medal şansları var. Çünki hər ikisi hazırda formada olan idmançılarımızdandır. Zelim bu il Paris Böyük Dəbilqəsində yalnız finalda uduzub. Ömər isə bu il yarışdığı turnirlərdən medalsız qayıtmayıb: Özbəkistanda çempion olub, Avstriyada 3-cü yeri tutub. Rəcəbli ümumiyyətlə iştirak etdiyi ardıcıl 3 turnirdə vətənə medalla qayıtmağı bacarıb (oktyabrda Lima Qran-prisində də bürünc medal qazanmışdı). Təəssüfləndirici məqam odur ki, hər iki idmançımızın 1/4 finalda üz-üzə gəlmək şansı var. Çünki eyni səbətdə yer alırlar.

    Daşkənddə bu il çempion olmuş Murad Fətiyev (90 kq) ötən Avropa çempionatında bürünc medal qazanmışdı. İndi idmançımız niyə də eyni nəticəni təkrarlamasın?! Onun Özbəkistanda finalda qalib gəldiyi dünya reytinqinin 3-cüsü Laşa Bekauri bu çəkidə çempionluğa əsas namizədlərdəndir.

    3-cü gündə qadınlarda yeganə təmsilçimiz Südabə Ağayeva (70 kq) İslamiadanın qalibi kimi yarışa çıxacaq. Bununla belə, onun da medal qazanmaq şansları real görünmür.

    19 aprel (sonuncu gün)
    Son gündə 3 idmançımız (2 kişi və 1 qadın) yarışacaq. Olimpiya, dünya və Avropa çempionumuz Zelim Kotsoyev (100 kq) ötən il Podqoritsadakı qitə çempionatında qızıl medalın bir addımlığında uduzmuşdu. İndi Zelim 2024-cü ildəki Paris Olimpiadasından sonra qaçırdığı bütün mötəbər yarışlardakı qızıl medalları bu yarışla sığortalaya bilər. Hazırda dünyada 2-ci yerdə olmaqla Balabəylə birgə ən yüksək reytinqli idmançımız olan Kotsoyevin əsas rəqibi İlya Sulamanidzedir. Proqnozlar özünü doğruldub hər iki idmançı finala çıxsa, Zelimin ötənilki Avropa çempionatının finalındakı məğlubiyyətin qisasını gürcü idmançıdan Tbilisidə almaq imkanı var.

    +100 kq-da Azərbaycan çempionu olan, daha sonra Daşkənd Böyük Dəbilqəsində qızıl medal qazanan 22 yaşlı Kənan Nəsibov ilk dəfə belə mötəbər turnirdə mübarizə aparacaq. Kənan artıq bu çəkidə Avropa çempionatında çıxış edəcək ilk azərbaycanlı cüdoçusu kimi tarixə düşəcək. O artıq gürcü Uşanqi Kokauri və dağıstanlı Camal Həmzətxanovla rəqabətdən qalib ayrılaraq bu yerə kimi gəlib çıxıb. Debütantdan medal gözlənilməsə də, gənc idmançının başından yuxarı tullanıb bürünc medal qazanması əsl sürpriz olar.

    Qadınlarda yeganə legionerimiz Mədinə Kaisinova (+78 kq) da Avropa çempionatında debüt edəcək. Azərbaycan çempionu olmuş osetin idmançı debütünü 1/16 finalda həmyerlisi olan rusiyalı Elis Startsevaya qarşı keçirəcək. O bu il qatıldığı 3 yarışda medal qazanmayıb.

    Səbuhi Musa
    Tbilisi, Gürcüstan

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved