Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Bakı-Xankəndi" velosiped yarışı ilə bağlı növbəti iclas
    14.04.2026 17:44:25

    Aprelin 14-də “Bakı-Xankəndi” velosiped yarışının təşkilinə həsr olunmuş onlayn formatda iclas keçirilib.

    Prosport.Az xəbər verir ki, iclasda aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər vəzifəli şəxsləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, yarışın marşrutlarının keçəcəyi şəhər və rayonların icra hakimiyyətlərinin başçıları və onların müavinləri, müvafiq yaşayış məntəqələrinin icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

    İclası giriş sözü ilə açan gənclər və idman naziri Fərid Qayıbov əvvəlki illərdə ölkəmizdə təşkil olunan velosiped yarışlarını xatırladaraq, 10-14 may tarixlərində təşkil olunacaq “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2026-cı ilin idman təqvimində yer almasının mühüm bir hadisə olduğunu, aidiyyəti qurumların dəstəyi ilə bu yarışın da yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

    Yarışın Təşkilat Komitəsinin sədri, iqtisadiyyat nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov geniş təqdimatla çıxış edərək bildirib ki, yarışa hazırlıq təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq gedir. 5 mərhələdən ibarət olan yarışa dünyanın 21 ölkəsindən 25 yüksək səviyyəli komandanın qatılacağı gözlənilir. Bakıda Sea Breeze-dən start götürəcək yarış iştirakçıları 5 gün ərzində ölkəmizin 21 şəhər və rayonunun ərazisindən keçərək 850 km məsafə qət edəcəklər və yekunda Xankəndi şəhərinin mərkəzi meydanında, Zəfər abidəsinin qarşısında finiş xəttini keçəcəklər.

    Yarışın bütün mərhələlərinin “Eurosport” və “CBC Sport” telekanalları vasitəsilə canlı yayımlanacağını vurğulayan Sahib Ələkbərov qeyd edib ki, bu, istedadlı gənc velosipedçilərin aşkarlanması və tanıtdırılması ilə bərabər, paytaxtımızın və bölgələrimizin heyrətamiz gözəllikləri, habelə işğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş quruculuq işləri barədə məlumatların bütün dünyaya çatdırılmasına imkan verəcək.

    Daxili işlər nazirinin müavini Oqtay Kərimov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, bir sıra rayonların icra hakimiyyətlərinin başçıları, Dövlət Gömrük Komitəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, TƏBİB və digər qurumların nümayəndələri yarışın təşkili ilə bağlı fikirlərini bölüşərək onları maraqlandıran sualları səsləndiriblər. İclasda ətraflı fikir mübadiləsi aparılıb və iştirakçıların bütün sualları cavablandırılıb.

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved