Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Sabah”ın xal itirməsini gözləməliyik" – Rauf Əliyev
    13.04.2026 20:49:39

    AFFA U-16 Liqasının II mərhələsinin XI turunda “Qarabağ” doğma meydanda “Turan Tovuz”u 4:0 hesabı ilə darmadağın edib.

    Matçdan sonra "Qarabağ"ın baş məşqçisi Rauf Əliyev Prosport.Az-a müsahibə verib.

    – Rəqibə böyük hesabla qalib gəldiniz. Oyunla bağlı fikirlərinizi öyrənək...
    – Maraqlı oyun alındı. Daha əvvəl də “Turan Tovuz”la qarşılaşmışdıq və rəqibi yaxşı tanıyırdıq. Uşaqlardan çox razıyam. Rəqib əsasən müdafiədə oynayırdı, lakin bizim üçün vacib olan müdafiəni yarmaq və epizodlardan maksimum yararlanmaq idi. Bunu bacardıq. Qarşıda hələ 3 tur var, növbəti oyunlara hazırlaşacağıq.

    – Turnir cədvəlində yalnız “Sabah”dan geri qalırsınız. Mövsümün sonunda çempion olmaq şansınızı necə dəyərləndirirsiniz?
    – Açığı, çox şansımız qalmayıb. “Sabah”ın xal itirməsini gözləməliyik. Amma bizim üçün əsas məqsəd nəticə yox, futbolçu yetişdirməkdir. Gələcəkdə bu heyətdən 3-4 futbolçunu Premyer Liqada görsək, bu bizim üçün daha sevindirici olar. 16-17 yaşlı futbolçular üçün nəticə o qədər də önəmli deyil.

    – Hazırkı heyətdə U-20 dünya çempionatının milli komandada çıxış edə biləcək futbolçular varmı?
    – Milli komandaya ən çox futbolçu verən klublardan biriyik. Bəzən 10-12 futbolçumuz milliyə dəvət alıb. Qarşıda turnirlər var, o cümlədən Qazaxıstanda keçiriləcək yarış. Düşünürəm ki, yenə də milliyə dəvət alan futbolçularımız olacaq.

    – Növbəti oyun “Neftçi”yə qarşı olacaq. Bu matçdan gözləntiləriniz nədir?
    – “Neftçi” yaxşı komandadır. İlk oyunda 1:0 hesablı qələbə qazanmışdıq. Bu dəfə səfərdə oynayacağıq və bizi çətin matç gözləyir. Rəqib keyfiyyətli futbolçulardan ibarətdir. Hazırlaşırıq və ümid edirəm ki, qalib gələn tərəf biz olarıq.

    Bahar Rüstəm

    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29
    Futbol

    U-20 dünya çempionatının brendi Bakıda nümayiş olundu - FOTOLAR

    17.10.2026 12:41:50
    Futbol

    AFFA nümayəndələri "Qarabağ"ın akademiyasında - FOTOLAR

    16.10.2026 16:32:59
    Futbol

    Azərbaycan və Özbəkistanın keçirəcəyi dünya çempionatının brendi təqdim olundu

    16.10.2026 16:10:49
    Akademiya

    "Sabah"ın gəncləri Çexiya klubuna böyük hesabla uduzdu

    13.10.2026 16:55:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved