Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Ola bilər ki, milliyə kimlərisə gözləmişəm, amma çağırılmayıb" – Rəşad Sadiqov
    13.04.2026 10:05:35

    AFFA Gənclər Liqasının (U-19) II mərhələsinin IV turunda “Qarabağ” doğma meydanda “Qəbələ”ni məğlub edib – 2:1.

    Matçdan sonra Ağdam klubunun baş məşqçisi Rəşad Sadiqov Prosport.Az-a müsahibə verib.

    – II mərhələdə məğlubedilməzliyiniz davam edir. Oyunla bağlı fikirləriniz necədir? Bu mövsüm “Qəbələ” ilə matçlarda artıq 2 qələbə və 1 məğlubiyyətiniz var...
    – Düzünü desəm, əvvəlki oyunlar fərqli idi. Çünki rotasiya edirdik, bütün oyunçulara şans verirdik. Yəqin ki, rəqib də eyni cür edirdi. Bu dəfə isə “Qəbələ” əsas heyətlə çıxmışdı. Bu oyun "6-lıq" mərhələyə aid idi və burada xal itirmək bizim üçün ağır ola bilərdi. Buna baxmayaraq, rəqib həqiqətən yaxşı və "dişli" idi. Belə komandalara qarşı oynamaq həm çətin, həm də zövqlüdür. Şükürlər olsun ki, qələbə qazandıq. Ağır oyun olsa da, istəyimizə çatdıq. Çalışacağıq ki, bu il çempion olaq.

    – U-20 milli komandasının toplanışı komandaya nə dərəcədə təsir edəcək?
    – Bu hal hər il olur. Komandamızda 2008-ci il təvəllüdlü futbolçular çoxdur və hər il 5-6 nəfər toplanışa dəvət alır. Qayıdanda isə daha formada olurlar və biz də işimizi davam etdiririk. Çalışırıq ki, belə məqamlara mənfi yox, müsbət yanaşaq. Hər kəs istəyər ki, futbolçusu milliyə dəvət alsın. Mən də çalışıram ki, daha çox oyunçumuz ora getsin. Bu dəfə bizdən 7-8 nəfərin çağırılması sevindiricidir.

    – Çağırılmasını gözlədiyiniz, amma dəvət almayan futbolçu varmı?
    – Açığı, bu seçim bizlik deyil. Qərarı milli komandanın məşqçiləri verir. Baş məşqçi portuqaliyalıdır və yəqin ki, oyunları izləyir. Ola bilər ki, kimlərisə gözləmişəm, amma çağırılmayıb, ya da əksinə. Bu mənim səlahiyyətimdə deyil. Mənim işim futbolçuları adından asılı olmayaraq hazır vəziyyətə gətirməkdir.

    – 2 həftəlik fasilədə yoldaşlıq oyunu nəzərdə tutulub?
    – Çalışacağıq ki, oyun keçirək. Sadəcə, uyğun rəqib tapmaq lazımdır. Fasilə qərarı bir qədər gözlənilmədən verildi, son 2-3 gündə məlumat aldıq. Yəqin ki, digər komandalarda da istirahət olacaq. Əgər II Liqa və ya I Liqa oyunları olmasa, ehtiyat heyətlərlə və ya U-19 komandaları ilə qarşılaşma təşkil etməyi planlaşdırırıq. Məqsədimiz "dişli" rəqiblərlə oynamaqdır ki, komanda təzyiqə öyrəşsin.

    Bahar Rüstəm

    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved