Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Əl-qol atırlar, bununla bağlı tədbir görəcəyik" – Samir Musayev
    12.04.2026 09:23:02

    AFFA U-15 Liqasının II mərhələsinin VII turunda A Liqasının lideri "Neftçi" doğma meydanda "Qarabağ"ı 4:1 məğlub edib.

    Matçdan sonra "Qarabağ"ın (U-15) baş məşqçisi Samir Musayev Prosport.Az-a qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

    – Bu, uşaq çempionatıdır. Bizim işimiz futbolçu yetişdirməkdir. Ən azından "Qarabağ" üçün nəticə önəmli deyil. Əsas məqsəd bu uşaqların içindən böyük futbol üçün oyunçular yetişdirməkdir. Ötən mövsüm çempion olmuşuq, bu il ola bilmədik. Bu da bizim üçün vacib deyil. Əsas odur ki, futbolçularımızı A komanda üçün yetişdirək.

    – Sizcə, bu mövsüm çempionluq şansınız qalıb?
    – Xeyr, bu mövsüm çempionluqdan danışmırıq. Demək olar ki, şansımız yoxdur. Bizim üçün əsas olan, nəticədən asılı olmayaraq, öz oyunumuzu oynamaqdır. Öyrətdiyimiz futbolu meydanda futbolçulardan görmək istəyirik.

    – Oyunda 2 qırmızı vərəqə oldu. Futbolçular arasında mübahisə nə ilə bağlı idi?
    – Uşaqlardır, bir-birlərinə söz deyir, bəzən emosiyalara qapılıb əl-qol atırlar. Bununla bağlı tədbir görəcəyik. Uşaq futbolunda belə hallar olur. Bu, oyunun gərginliyi və futbolçuların emosiyaları ilə bağlıdır. Ona görə də normal qarşılayırıq.

    – Futbolçu meydanı tərk edəndə ehtiyat skamyası ilə arasında da gərginlik yaşandı. Nə baş verdi?
    – Nə baş veribsə, meydanda qalır. Kim nə dedi, nə demədi — bunlar oyunun içində olur. Bir-birlərinə söz atdılar. Meydandan çıxdıqdan sonra isə hər şey unudulur.

    – Gələn il Azərbaycanda U-20 dünya çempionatı keçiriləcək. Hazırkı heyətdə həmin turnirdə oynamaq potensialı olan futbolçular varmı?
    – Dünya çempionatında oynamaq üçün futbolçuların təxminən 20 yaşı olmalıdır. Həmin oyunçular ən azı son 4-5 ildə Premyer Liqada çıxış etməlidirlər. Belə futbolçular çox azdır — cəmi 3-4 nəfər. Ona görə də bu bizim üçün çətin olacaq. Bu müddət ərzində futbolçular üzərində işləyib onları turnirə hazır vəziyyətə gətirməyə çalışacağıq. Beynəlxalq təcrübə qazanmaq üçün daha çox oyun keçirməlidirlər.

    Bahar Rüstəm

    Akademiya

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved