Azərbaycan para-üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti dəfə finala yüksəlib.
Prosport.Az xəbər verir ki, üçqat Paralimpiya, ikiqat dünya və ikiqat Avropa çempionu 50 metr məsafəyə sərbəst üzmədə 24.78 saniyə nəticə göstərib.
Final yarışı bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, Roman Saley artıq bu dünya çempionatında 100 metr məsafəyə arxasıüstə üzmədə gümüş, eyni məsafəni batterflay üsulu ilə üzmədə isə bürünc medal qazanıb.
