Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    Bahadur Həziyevdən Adil Şükürova ismarıc: "Zəif olmadığımı sübut edəcəm"
    9.04.2026 22:05:09

    Azərbaycan I liqasının XXI turunda nominal ev sahibi "Şimal" doğma meydanda "Mingəçevir"i qəbul edib. 

    Prosport.Az-ın Şamaxıya ezam etdiyi müxbirinin verdiyi məlumata görə, Şamaxı Olimpiya Mərkəzində baş tutan matç nominal qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

    Matçdan sonra qarşılaşmada 2 qolla yadda qalan Bahadur Həziyev fikirlərini bölüşüb:

    – Oyun çox templi keçdi. 2 hissə arasında müəyyən fərq var idi. İlk hissədə tez qol vurmaq istəyirdik, lakin "Şimal" yaxşı müdafiə olunurdu. 2-ci hissədə isə oyun istədiyimiz kimi alındı. Qollar vurduq və qələbə qazandıq. Komanda yoldaşlarımı təbrik edirəm.

    – İlk hissədə meydana daxil olmağınız sizin üçün də sürpriz oldu?
    – Baş məşqçi oyunun tempinə uyğun olaraq əvəzetmə qərarı verdi. Abba Usman zədəli idi, onun yerinə daxil oldum. Məqsəd hücumu gücləndirmək idi. Sağ olsun, baş məşqçi mənə şans verdi, qollarımızı vurduq və qələbə qazandıq.

    – Vurduğunuz 2 qol “Mingəçevir”də ilk dublunuz oldu...
    – Bəli, “Mingəçevir”də ilk dublumdur. Buna görə çox sevincliyəm. Əsas odur ki, komanda qalib gəldi. Şəxsi performansıma görə də sevinirəm. İnşallah, gələcəkdə het-trik də edərəm.

    – Qış fasiləsində “Səbail”dən “Mingəçevir”ə keçidiniz necə baş tutdu?
    – Adil Şükürov komandaya gələndə mən “Səbail”də çıxış edirdim. Onun rəhbərliyi altında 3 oyun keçirdim, 2 məhsuldar ötürmə və 1 qolum oldu. Sonra klubdan yollarımızı ayırmaqla bağlı xəbər gəldi. Mən də buna hörmətlə yanaşdım. Daha sonra “Mingəçevir”dən təklif aldım və bunu dəyərləndirdim.

    – “Səbail”ə qarşı oyunlarda xüsusi prinsipiallıq var?
    – Prinsipiallıq deyəndə ki, futbolçuyuq. İnsan istəyir ki, özünü yaxşı tərəfdən göstərsin və sübut etsin ki, yolların ayrılması düzgün qərar olmayıb. Əgər zəif oynasaydım, nə qollar vurardım, nə də assist edərdim. İnşallah, qollarımı  vurub hamıya zəif olmadığımı sübut edəcəyəm.

    – Daha əvvəl Ramiz Məmmədovun “Şamaxı”da İdarə Heyətinin sədr müavini işləməsi transferinizə nə dərəcədə təsir etdi?
    – Mən “Şamaxı”da oynayanda baş məşqçi Cavid Hüseynov idi, Ramiz Məmmədov isə rəhbər vəzifədə çalışırdı. O vaxtdan məni tanıyırdı. Sonradan təklif göndərdi, mən də dəyərləndirdim.

    Bahar Rüstəm

    Futbol

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07
    Futbol

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20
    Futbol

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57
    Futbol

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26
    Futbol

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05
    Futbol

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Millimiz 2 məğlubiyyətlə pley-offda

    4.09.2026 23:45:24

    "Böyükhesablı məğlubiyyət ağırdır" - Azər Məmmədov

    4.09.2026 23:07:07

    "Azərbaycan futboluna yeni adlar qazandırmaq istəyirik" - Azər Bağırov

    4.09.2026 22:47:20

    "Kəpəz" evdə "Şamaxı"ya böyük hesabla uduzdu – VİDEO

    4.09.2026 22:06:57

    Millimiz Gürcüstanla 2 oyun keçirəcək

    4.09.2026 21:53:26

    "Qəbələ" bizdən daha istəkli idi" - Fərid Namazov

    4.09.2026 21:07:05

    "Hakimin qərarına söz deyə bilmərik, tər-təmiz penalti idi" - Amil Ağacanov

    4.09.2026 20:32:23

    Superliqa klubunda yeni baş məşqçi

    4.09.2026 20:27:52

    "Qəbələ" yeni mövsümdə ilk qələbəsini qazandı – VİDEO

    4.09.2026 19:54:46

    Azərbaycan I Liqasında ilk tura yekun vuruldu

    4.09.2026 19:27:35

    "Kəpəz" - "Şamaxı": HEYƏTLƏR

    4.09.2026 19:20:22

    Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər - ADLAR

    4.09.2026 18:43:14

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq

    4.09.2026 18:12:36

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47

    Avropa çempionatı: 2-ci gündə medal olmadı

    4.09.2026 17:13:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved