Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Alisson mənə imzalı formasını verdi" - Dani Bolt
    8.04.2026 17:52:02

    “Qarabağ”ın braziliyalı müdafiəçisi Dani Bolt ölkəsində “Lance” nəşrinə maraqlı müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    – “Qarabağ”la keçirdiyin ilk mövsümündə Çempionlar Liqasında çıxış etdiniz. Necə hiss idi?

    – Çempionlar Liqasında oynamaq çox gözəl təcrübədir, hər bir futbolçunun arzusudur. Həmişə televiziyadan izləyirdim və özümü bu səviyyədə – “Liverpul” və “Çelsi” kimi böyük komandalarla qarşılaşarkən təsəvvür edirdim. Himni eşitmək və həmin anın içində olmaq mənim üçün xüsusi idi.

    – Ən çox nədən təsirləndiniz?

    – Çempionlar Liqasında ilk dəfə oynamaq hər şeyi dəyişir, evdə əsas mövzuya çevrilir. Hamı səndən nə hiss etdiyini soruşur. Atmosfer təsirlidir – azarkeşlər, stadion, hər şey. Amma oyun başlayanda 11-ə 11-dir. Biz öz oyunumuz üzərində fokuslanırıq və istənilən rəqiblə rəqabət apara biləcəyimizə inanırıq. Təsadüfi deyil ki, “Çelsi” ilə heç-heçə etdik.

    – Ən yaddaqalan an kimi pley-off mərhələsinə vəsiqə qazanmağı göstərmək olar?

    – Bilirdik ki, pley-offa vəsiqə qazanmağa yaxınıq. Amma həqiqətən bunu anlayanda, sıradan çıxan komandalar məlum olanda və yüksəldiyimizi görəndə böyük hisslər keçirdik. Bu, hər futbolçunun yaşamaq istədiyi xüsusi təcrübədir.

    – “Qarabağ”ın təklifini qəbul etməyinizdə bu komandanın Çempionlar Liqasında çıxış etməsi nə qədər rol oynadı?

    – Təklif gələndə artıq qrupda oynamaq ehtimalı var idi. Mən buna inandım. Karyera inkişafı ilə yanaşı, bu səviyyədə çıxış etmək istəyirdim. Məni bu çağırışı qəbul etməyə vadar edən də bu oldu.

    – “Liverpul”la oyun zamanı rəqibin qapıçısı Alisson Bekkerlə səmimi söhbətiniz diqqətimizi çəkdi. Həmin vaxt nədən danışırdınız?

    – Alissonla söhbət etdim, çünki qardaşı Muriellə “Fluminense”də birlikdə oynamışdım. Fasilədə danışdıq, qardaşı ilə birgə oynadığımı dedim. O da mənə imzalı formasını verdi. Ona təşəkkür etdim. Danışdığım şəxslərdən biri o idi.

    – Azərbaycan futbolu barədə təəssüratlarınız necədir?

    – Azərbaycan çempionatı inkişaf edir və diqqət çəkir. Bir çox futbolçu təklif almamışdan əvvəl buranın necə olduğunu soruşur. “Qarabağ” ölkənin adını tanıtmağa kömək edir. Braziliya ilə müqayisədə hələ o qədər tanınmır, amma inkişaf var.

    – Yeni mədəniyyət və futbol mühitinə uyğunlaşmağınız karyeranıza nə kimi müsbət təsiri var?

    – Çempionlar Liqası ilə yanaşı, başqa mədəniyyətdə və fərqli futbolda yaşamaq böyük təcrübədir. Bu, çox şey qatır. Amma hansı turnir olmasından asılı olmayaraq, düşüncə tərzi eynidir – hər oyunda mübarizə aparmaq və qələbə qazanmaq.

    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved