Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Mingəçevir doğma şəhərimdir, ona görə də bu haqda danışmaq istəmirəm" – Roman Hüseynov
    7.04.2026 12:19:38

    "Səbail"in futbolçusu Roman Hüseynovun Prosport.Az-a müsahibəsi

    – Komandanız son turda əsas rəqiblərindən biri olan “Baku Sportinq” üzərində 1:0 hesablı qələbə qazandı. Oyun haqqında nə deyə bilərsiniz?
    – Bu oyun çox vacib idi və çox şükür ki, 3 xalı qazandıq. Çox çətin və maraqlı qarşılaşma keçdi. Həm mübarizə baxımından, həm də oyundakı epizodlara görə maraqlı görüş alındı.

    – Hazırda 3 komanda Premyer Liqaya çıxmaq uğrunda mübarizə aparır. Şansları necə qiymətləndirirsiniz?
    – Qarşıda hələ oyunlarımız var və hər şey özümüzdən asılıdır. Hər kəs öz şansını özü yaradır. İnşallah, istəyimizə nail olarıq və Premyer Liqaya vəsiqə qazanarıq.

    – Mingəçevir futbolunun yetirməsisiniz. Eyni zamanda uşaqlıq və inkişaf dövrünüz “Qəbələ” klubunun akademiyası ilə bağlıdır. Doğma yurdunuzun komandasına qarşı oynamaq sizin üçün hansı hissləri yaşatdı?
    – Bəli, mən Mingəçevirdə doğulmuşam, bu, mənim doğma şəhərimdir. Futbolla ilk dəfə orada tanış olmuşam və oynamağa orada başlamışam. Daha sonra uzun illər “Qəbələ” Futbol Akademiyasında olmuşam. “Qəbələ” mənim futbolçu kimi yetişməyimdə və inkişafımda əsas rol oynayıb. Həm Mingəçevir, həm də “Qəbələ” mənim üçün doğmadır.

    – 2022-ci ilin yayından 2023/24 mövsümünün qış fasiləsinədək "Mingəçevir"də oynamısınız. Bu klubdan təklif almışdınız?
    – 
    Bəli, qışda təklif olmuşdu.

    – Yəqin ki, maliyyə məsələsinə görə razılıq əldə olunmayıb...
    – Mingəçevir mənim doğma şəhərimdir. Ona görə də bu haqda danışmaq istəmirəm.

    – Qış fasiləsində Premyer Liqa klublarından təkliflər almısınızmı?
    – Xeyr, qışda Premyer Liqa klublarından təklif  almamışdım.

    – Hazırda 28 yaşınız var. Azərbaycan millisindən dəvət almaq şansınızı necə dəyərləndirirsiniz?
    – Həyatda hər şey mümkündür. Millidə oynamaq hər bir futbolçunun arzusudur. Amma I Liqadan milliyə dəvət almaq çətin məsələdir.

    – Növbəti oyununuz lider "Şəfa"ya qarşıdır. Onlar da son turda doğma yurdunuzun komandasına məğlub oldu. Qarşıdakı görüş haqqında fikirlərinizi alardıq...
    – Oyunu çətin keçəcəyi bəllidir. Rəqibin son matçda məğlub olması bu görüşə təsir etməyəcək. I Liqada qarşılaşmalar çox çətin keçir. Daha ciddi hazırlaşıb, mübarizə aparmalıyıq.

    Mahmud

    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved