Azərbaycanın cüdo yığması Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, millimiz Monqolustana 3:1 hesabı ilə qalib gələrək komanda hesabında 3-cü yeri tutub.
Qeyd edək ki, daha əvvəl fərdi yarışda cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal qazanıb.

