Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Nazirliyin təyin etdiyi yeni sədr kimdir? – Pul yığan, diplomsuzu işə götürən
    1.08.2023 15:25:25

    Ötən ay Gənclər və İdman Nazirliyi tərəfindən vəzifəsindən kənarlaşdırılan Gəncə Şəhər Baş İdman İdarəsinin sədri Həmid Nəsirovu kimin əvəzlədiyi məlumdur. Daha doğrusu, nazirliyin müvafiq qərarı ilə Gəncə – Daşkəsən Regional Gənclər və İdman İdarəsi yaradılıb.

    Prosport.Az-ın əldə etdiyi məlumata görə, yeni yaradılan idarəyə İntiqam Hüseynov təyin olunub.

    O əvvəl “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru işləyib. Bu vəzifəyə təyin olunanadək isə Gəncə Olimpiya İdman Kompleksinin direktoru olub.

    Lakin onun haqda mətbuatda heç də xoş fikir yoxdur. 2016-cı ildə teref.az saytı bakunews.az-a istinadən onun haqda xoş olmayan saxtakarlıq faktlarından yazıb. Məlumatda bildirilib ki, İ.Hüseynov voleybol müəllimi olsa da, adını boks məşqçisi kimi yazdırıb. Onun doğulduğu kənd işğal altında olmasa da, məcburi köçkün statusu ilə dövlətin güzəştlərindən istifadə edib. Filialda direktor işlədiyi müddətdə müəllimlərin maaşından 50-100 manat tutulmasına nail olub. Həmin pullar isə özünə çatıb. Həkim diplomu olmayan şəxsi filiala həkim kimi götürən İ.Hüseynov ağırlıqqaldırma idman zalının istifadəsi üçün 20 manat pul tələbi qoyub. Onun digər fırıldaqlarının da olduğu deyilir. Həmin yazıda onlar bir-bir əks olunub.

    Nazirlik rəsmiləri Azad Rəhimovun dövründə təyin olunmuş kadrları təmizləyir. Həmid Nəsirov kimi, Raqif Abbasov (Bakı Şəhər Baş İdman İdarəsinin sabiq sədri), Şamil Quliyev (Tofiq Bəhramov adına Respublika stadionunun sabiq direktoru), Elçin Həsənov (Bakı Su İdmanı Sarayının sabiq direktoru) bu məsələnin qurbanlarıdır. Ancaq sual doğur: bu adamlar pul yeyintisinə görə işdən azad olunubsa, o zaman İntiqam Hüseynova hansı əməllərinə görə göz yumulub?

    Xatırladaq ki, Gəncə Şəhər Baş İdarəsinin sabiq sədri olan Həmid Nəsirov bundan əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzində məsləhətçi, daha sonra isə Göygöl Rayon İcra Hakimiyyətinin Aparatında Hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb.

    Həmid Nəsirov 2020-ildən isə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı. O eyni zamanda "Kəpəz" klubunun İdarə Heyətinin üzvü, Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının ərazi partiya təşkilatının sədridir.

    Əziz

    Stolüstü oyunlar

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33
    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved