Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    Azərbaycan futbolu "Eyeball"dan nə qazanacaq? – YAZI
    2.04.2026 16:06:01

    Bu gün AFFA ilə "Eyeball" ("Ayboll" – hərfi tərcüməsi "göz topu" mənasını verir) şirkəti ilə 2 illik müqavilə bağlandı.

    Oğlanlarda AFFA U-15-Gənclər Liqalarını (ola bilsin ki, Əvəzedicilər Liqasını da), qızlarda AFFA U-16 və Yüksək Liqada bu texnologiya tətbiq olunacaq. Belə ki, oyunlarda statistikanı müəyyənləşdirən bu xüsusi kamera texnologiyası quraşdırılacaq və bunun vasitəsilə oyundan sonra AFFA tərəfindən klublara pulsuz datastatistika təqdim ediləcək.

    Bu qurumun saytına baxdıqda "Eyeball"dan Premyer Liqa klublarının 80%-nin, Liqa 1 klublarının 70%-nin, Seriya A klublarının 55%-nin, Bundesliqa klublarının 50%-nin, La Liqa klublarının 40%-nin, Səudiyyə Pro Liqası klublarının 80%-nin və MLS klublarının 80%-nin bu texnologiyadan istifadə etdiyi görünür. Həmçinin, İslandiyanın "Breydablik", Niderlandın "Den Bosx", Danimarkanın "Kopenhagen" klub Akademiya nümayəndələri bu texnologiyadan sonra geridönüşlərin (feedback) müsbətə doğru dəyişdiyini bildirir.

    Bəs bu əməkdaşlıqdan Azərbaycan futbolu nə qazanacaq?

    1. Futbolçular öz statistikalarını biləcək

    Oyundan sonra futbolçular klublara təqdim edilmiş statistika vasitəsilə performansı barədə düzgün data informasiya əldə etmiş olacaq. Bu isə o deməkdir ki, futbolçular kənardan eşidilən təriflərə yox, düzgün real statistikalara inanacaq.

    2. Valideyn – məşqçi münaqişəsi sona çatacaq

    Əvvəllər oyunlardan sonra valideynlər öz oğullarını tərifləyir, onun yaxşı oynadığını bildirirdi. Heç kim öz ayranına turş deməz. Ancaq indi valideynlər öz övladlarının əsl statistikasını bu texnologiya vasitəsilə müəyyən edə biləcək. Bu isə haqsız yerə övladlarının oynadılmamasını iddia edən valideynlə məşqçi arasındakı münaqişəyə son verəcək.

    3. Məşqçilərin işi asanlaşacaq

    Uşaq futbolunda məşqçilər bəzən subyektiv qərarları ilə yadda qalırdı. Bu isə uşaq futbolunda müəyyən küsmə və incikliklərə səbəb olurdu. Məşqçi qərarlarına görə (futbolçunun ehtiyatda saxlanılması) valideyn uşağını klubdan çıxarıb, qapı-qapı yeni klub axtarışına çıxırdı. Hər yeni klub isə uşaq psixologiyasında olan futbolçunun adaptasiya olunmasına mane olur və nəticədə itirən uşaq olurdu. İndi isə məşqçi düzgün qərar verməyə çalışacaq. Əks halda, klub Akademiyası koordinatorları həmin məşqçi barədə lazımi tədbir görməyə məhkumdur.

    4. Tanış, "dayday" məsələsi bitəcək

    Akademiyada olan tanışlıq məsələsi ölkədə geniş vüsət alıb. "Bu, filankəsin oğludur, oynadın" məsələsi sona çatacaq. Ən azından Akademiyasının inkişafını istəyən klub rəhbərliyi koordinator və məşqçilərin tanışlıq və ya "dayday" hesabına oynatdığı futbolçuları tanıyacaq. Əgər bunu bildikdən sonra da tədbir görülməyəcəksə, bu artıq klub rəhbərliyinin vicdanına yazılacaq.

    5. Milli məşqçilərinin işi xeyli yüngülləşəcək

    Artıq millini çalışdıran U-17, U-19, U-20 və U-21 məşqçiləri tək oyunçuları izlədiyi oyunlara görə yox, həmçinin real statistikalara əsasən heyətə çağıracaq. İstənilən futbolçunun statistikasını klublardan almaq asanlaşacaq.

    Bu yazdıqlarımdan sonra sonda onu da bildirim ki, bu heç də Azərbaycanda uşaq futbolunun düzəlməsinə zəmanət vermir. Ancaq AFFA-nın uşaq futbolunu düzəltmək üçün etdiyi bu cəhd alqışlanmalıdır. Ən azından Berlin Futbol Akademiyasına yox, özümüzdə olan Akademiyaların inkişafına cəhd edildiyi üçün.

    Səbuhi Musa    

    Futbol

    Millimiz Qəbələdə yaponlarla üz-üzə

    6.10.2026 11:21:53
    Futbol

    AFFA-nın texniki direktoru “Kəpəz”in qonağı olub

    4.10.2026 12:55:02
    Akademiya

    Millimiz Qəbələdə Moldovanı qəbul edir

    3.10.2026 10:39:01
    Akademiya

    "Sabahın Ulduzları"nda ən yaxşılar açıqlandı

    1.10.2026 23:45:35
    Futbol

    "Sabah"a qalib gələn "Qarabağ" çempion oldu

    30.09.2026 21:50:18
    Akademiya

    "Qarabağ"ın oyununda 6 qol və dramatik sonluq

    29.09.2026 23:40:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı futbolçu virusa yoluxdu

    6.10.2026 12:54:32

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39

    Millimiz Qəbələdə yaponlarla üz-üzə

    6.10.2026 11:21:53

    Azərbaycan Kuboku: Təyinatlar açıqlandı

    6.10.2026 11:04:43

    Millimiz son matçda "cırtdanlar"a qarşı

    6.10.2026 10:47:23

    Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdə ilk oyununa çıxır

    6.10.2026 10:24:33

    "Sabah" Çempionlar Liqasına Litvada start verir

    6.10.2026 10:02:41

    Olimpiya çempionumuz Bakıda səhnəyə çıxır

    6.10.2026 09:00:41

    "Sabah" çexiyalı azarkeşlər üçün 4 minə yaxın yer ayırdı

    5.10.2026 23:49:38

    "Prezidentin açılış mərasimində iştirakı yüksək diqqətin göstəricisidir" – Rəşad Nəbiyev

    5.10.2026 23:14:35

    "Renat Dadaşov təmiz forvarddır, əsl "9" nömrədir" - Ukraynalı baş məşqçi

    5.10.2026 22:41:08

    "Qoldan sonra Azərbaycan millisinin müdafiəsini yarmaq çətin oldu" - Litvalı qapıçı

    5.10.2026 22:15:19

    Yaponiyalı bacı-qardaş yenə Bakıda dünya çempionu oldu - YENİLƏNİB

    5.10.2026 21:49:34

    "Bu toplanış bizi daha da birləşdirdi" – Rəşad Eyubov

    5.10.2026 21:16:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved