Azərbaycam Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətinin rəhbəri Vamiq Nəsirov işindən ayrılıb.
Prosport.Az-ın əldə etdiyi xəbərə görə, 2020-ci ilin iyulun 1-dən AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində işləyən Vamiq Nəsirov bundan sonra Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsini icra edəcək.
AMADA-dakı boş qalan posta isə Səxavət Quliyev təyin olunub.
Qeyd edək ki, Səxavət Quliyev 20 ildir, AzərTac Agentliyində idman jurnalisti və redaktor kimi çalışırdı.

