Bakıda keçirilən 18 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatı C divizionunun qrup oyunlarında millimiz ilk məğlubiyyətini alıb.
Prosport.Az xəbər verir ki, A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı 2-ci oyununda Kipr yığması ilə üz-üzə gəlib və rəqibinə 48:78 hesabı ilə məğlub olub.
Millimizin qrupdakı sonuncu oyunu Moldova yığmasına qarşı olacaq. Oyun 3 avqust saat 20:00-da baş tutacaq.

