Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Sabah"a qarşı oynamaq fürsətindən zövq aldım" - Bölgə klubunun legioneri
    28.03.2026 12:17:56

    "Quba"nın basketbolçusu Maykl Rayt klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    - “Quba” fasilədən əvvəlki son turda "Lənkəran"ı məğlub etməyi bacarmışdı. Həmin görüşü yaxşı səviyyədə keçirmişdiniz...
    - Bu, çox yaxşı komanda qələbəsi idi. “Lənkəran” çətin bir il keçirdi, ona görə də qalib gəlməli olduğumuzu bildiyimiz bir oyun idi. Komandamızın oyunundan razıyam. Həqiqətən də yaxşı kollektiv oyunu göstərərək qazandıq. 

    - Həmin oyunda 26 xal toplamışdınız. Performansınız sizi razı saldı?
    - Komandamız qələbə qazandığı müddətcə öz oyunumdan razıyam. Qələbə oyunun ən vacib hissəsidir.

    - “Quba" bu gün müntəzəm mövsümün son turunda "Naxçıvan"la üz-üzə gələcək. Bu matçda rəqibi məğlub edə biləcəksiniz? Yəqin ki, qalib gəldiyiniz rəqib sizdən revanş almaq istəyəcək...
    - “Naxçıvan” çox güclü komandadır. Onlarla oynadığımız hər oyun çətin keçir. Bu dəfə də belə olacağını düşünürəm. Amma biz komanda olaraq birlikdə güclü oynasaq, inanıram ki, qələbə qazanacağıq.

    - “Quba" turnir cədvəlində 5-ci yerdədir. Son turda bu vəziyyəti dəyişə biləcəksiniz? Heç olmasa 3-cü yeri tutmaq mümkün olacaq?
    - “Naxçıvan” üzərində qələbə qazansaq, bunu edə bilərik. İnanıram ki, bu matçda qalib gələcəyik.

    - "Quba"nın bu mövsüm ümumi performansı qənaətbəxşdir? Daha yaxşı çıxış edə bilərdiniz, yoxsa maksimum bu idi?
    - İnanıram ki, daha yaxşı çıxış edə bilərdik. Bu il komandamızın daha uğurlu çıxış etməsinə mane olan səbəblər baş verdi. Bəzi zədəlilərimiz oldu və bəzi oyunçularımız da getdi. Amma inanıram ki, komandamız hazırda ən yaxşı formasındadır. Biz pley-off görüşlərinə hazırıq.

    - ABL-in səviyyəsi haqqında nə düşünürsünüz? Hansı matçlar sizin üçün ən maraqlı idi? 
    - Düşünürəm ki, ABL yaxşı səviyyədədir. “Sabah”a qarşı oynamaq fürsətindən zövq aldım. Onlar çox yaxşı komandadır və əvvəlki mövsümdə liqanı qazanan komandaya qarşı oynamaq həmişə maraqlıdır. Ümid edirəm ki, pley-offda onlarla yenidən oynaya biləcəyik.

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved