Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Qarabağ"a keçdiyimə görə bir neçə dəfə peşman olmuşam" - Mateuş Koxalski
    27.03.2026 16:10:28

    "Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski ölkəsinin sport.pl saytına müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    - Lissabonda “Benfika”ya qarşı Çempionlar Liqasındakı debütünüz ömrünüz boyu xatırlayacağınız bir gün idi?

    - Bəli, baxmayaraq ki, Çempionlar Liqasındakı bütün oyunları xatırlayacağam. Gələcəkdə çox oyun keçirsəm, bəziləri yadımdan çıxa bilər. Amma debüt mütləq yadda qalacaq. Üstəlik, çox uğurlu alınmışdı.

    - 0:2 hesabı ilə geri düşməyinizə baxmayaraq 3:2 qalib gəldiniz. Pavlidisin vurduğu 2-ci qoldan sonra əsəbi şəkildə əllərinizi yerə vurmuşdunuz. Ən pis ssenarinin hələ qarşıda olduğunu düşünürdünüz?

    - Xeyr. Çünki artıq təsnifat mərhələsində yaxşı səviyyədə oynadığımızı göstərmişdik. Hər oyunda böyük hesabla uduzacağımızdan qorxmurdum. 2-ci qoldan sonra sadəcə əsəbiləşmiş və məyus olmuşdum. Bu oyunu çox gözləmişdim, amma bir neçə dəqiqədən sonra hesab 0:2 idi. Əsəbiləşirdim, çünki özümü yaxşı tərəfdən göstərmək istəyirdim, amma hər 2 qolu sadə mövqe səhvlərindən buraxdıq. Əsas odur ki, hər şey yaxşı bitdi.

    - Liqa mərhələsində təkcə “Benfika”nı yox, həm də “Kopenhagen”i (2:0) və “Ayntraxt”ı (3:2) məğlub etdiniz, “Çelsi” ilə isə 2:2 oynadınız...

    - Bizə kömək edən o idi ki, heç kim bizdən heç nə gözləmirdi. Əksinə, hamı böyükhesablı məğlubiyyətlər gözləyirdi. Biz də özümüzə təzyiq etmirdik. Demirdik ki, mütləq kiməsə qalib gəlib 1/16 finala çıxmalıyıq. Bu, düzgün yanaşma idi.

    - Debütdən əvvəl evdə dəfələrlə Çempionlar Liqasının himnini dinləmişdiniz. Lissabondakı oyundan əvvəl himn artıq təsir etmədi?

    - Yenə də təsir etdi. Çünki onu möhtəşəm stadionda, dolu tribunalar qarşısında eşitmək tamam başqa hissdir. Bütün atmosfer çox təsiredici idi.

    - Əlavə stress hiss etdiniz?

    - O vaxt yox. Ümumiyyətlə, yalnız bir dəfə - “Enfild”də “Liverpul”a qarşı oyundan əvvəl hiss etdim. Tuneldə dayanarkən azarkeşlər “You’ll Never Walk Alone” oxuyurdu və o an arzularımın reallaşdığını hiss etdim, az da olsa həyəcan yarandı. Amma tez keçdi. Təəssüf ki, ilk qolu buraxandan sonra.

    - Bu Çempionlar Liqası mövsümünü necə xatırlayacaqsanız?

    - Ümumilikdə yaxşı xatırlayacağam. Amma son hissəni unutmaq istərdim. Bir tərəfdən, möhtəşəm stadionlarda böyük oyunlar, digər tərəfdən isə buraxdığımız çoxlu qollar. Bu, həqiqətən yaxşı deyildi və məni əsəbiləşdirirdi. Xüsusilə də ciddi səhvim yox idi. Rəqiblər bizə çox asan qol vururdu, əks-hücumlarda yaxalayırdılar. Bəzən özümü aciz hiss edirdim.

    - Xüsusilə “Nyukasl”la ilk oyunda fasiləyə qədər 0:5 hesabı ilə uduzduğunuz zaman?

    - Dəhşət idi. Oyuna yaxşı əhval-ruhiyyədə çıxmışdım, mübarizə aparacağımıza inanırdım. Amma 2-ci hissəyə çıxanda artıq yalnız daha çox biabır olmamaq barədə düşünürdüm. Konsentrasiyanı qorumaq istəyirdim, hesabın necə olmasından asılı olmayaraq maksimum oynamağa çalışırdım.

    - “Qarabağ”ın hücum futbolu buna mane oldu?

    - Bir tərəfdən yox. Məhz bu üslubla “Benfika”ya qarşı oyunu çevirdik, “Çelsi” ilə heç-heçə etdik. Sadəcə “Liverpul” və “Nyukasl”la oyunlarda heç nə alınmadı. Erkən qol buraxdıq, komanda dağıldı və öz oyunumuzu qaytara bilmədik. Üstəlik, daha əvvəl qarşılaşmadığımız səviyyədə rəqiblərlə oynayırdıq.

    - Lissabon, Bilbao, Neapol, Liverpul, Nyukasl kimi şəhərlərdə oynadınız. Hansı an daha çox yaddaqalan oldu?

    - Premyer Liqada oynamaq arzum var, ona görə Liverpulda keçirdiyim anlar xüsusi idi. Amma “Napoli” ilə oyunu da yaxşı xatırlayıram. Məğlub olmağımıza baxmayaraq, yaxşı çıxış etdim və bu, mənə böyük motivasiya verdi.

    - Çempionlar Liqası sizə nə öyrətdi?

    - Bu, əvəzolunmaz təcrübə oldu. Mənə motivasiya verdi ki, bu səviyyəyə yenidən qayıdım.

    - “Qarabağ”ın uğurunun sirri nədir?

    - Əsas amil Qurban Qurbanovdur. O, 18 ildir komandadadır. Üstəlik, klubun çox güclü skautinq sistemi var. “Qarabağ” aşağı liqalardan oyunçular tapır və onları inkişaf etdirir.

    - 2024-cü ildə “Qarabağ”a keçidinizə nə təsir etdi?

    - Bu, qərar asan deyildi. Açığı, başqa təklifim də yox idi. Risk etdim və buna dəyərdi.

    - İlk təəssüratınız necə idi?

    - Hamı çox mehriban idi. Amma ailəmdən uzaq olmaq çətin idi.

    - Heç peşman oldunuz?

    - Bəli, bir neçə dəfə. Amma yalnız hisslərimə görə.

    - Qışda “Vidzev”ə keçməyə hazır idiniz?

    - Bəli, layihə maraqlı idi, amma transfer baş tutmadı.

    - Gələcək planlarınız nədir?

    - Premyer Liqada oynamaq arzumdur. Amma şərtim odur ki, əsas heyətdə oynayım.

    - Bəs Polşa millisi?

    - Hələ debüt etməliyəm. Özümü digər qapıçılardan zəif hesab etmirəm. Yaxşı formada olsam, şansım olacaq.

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved