19-26 apreldə Gürcüstanın Batumi şəhərində keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatında iştirak edəcək millimizin heyəti bəlli olub.
Prosport.Az-ın xəbərinə görə, millimizi ancaq kişi idmançılar təmsil edəcək.
Bunlar Tehran Məmmədov (60 kq), son Avropa 2-cisi İsa Rüstəmov (71 kq), Ravin Alməmmədov (79 kq) və Əli Şükürlüdür (110 kq).
İdmançılarımız qitə çempionatında müvafiq olaraq 20, 21, 22 və 25 aprel tarixlərində medal üçün mübarizə aparacaq.
Yeri gəlmişkən, millimiz qonşu ölkəyə yeni baş məşqçinin rəhbərliyi altında yollanacaq. Bu, Sərdar Həsənovdur. 2023-cü ilin dekabrında baş məşqçi təyin olunmuş rusiyalı Maxtı Makkayevlə artıq yollar ayrılıb.

