Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku başa çatıb.
Prosport.Az xəbər verir ki, 32-ci dəfə təşkil olunan ənənəvi beynəlxalq turnirdə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Yarışda Sunay Salamova (40 kq) qızıl, Zəhra Quliyeva (40 kq) gümüş, Pərvin Sevxanlı (44 kq), Könül Eyvazlı (48 kq), Məsumə Məmmədli (70 kq) və Zemfira Əliyeva (+70 kq) bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243 cüdoçu mübarizə aparıb.

