Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    Elxan Məmmədovla açılan cığır – YAZI
    18.03.2026 11:41:20

    2020-ci ilin əvvəlindən Azərbaycan idmanında yeni vəzifə açıldı. Bu cığırın səbəbkarı AFFA-nın sabiq baş katibi Elxan Məmmədov oldu. O, 2020-ci ilin 28 yanvarında AFFA-nın icraçı vitse-prezidenti seçildi.

    İngilis dilində Executive vice-president, rus dilində Исполнительный вице-президент kimi adlandırılan bu vəzifə bəzi hallarda baş katib vəzifəsindən daha üstündür. Elxan Məmmədovun bu vəzifəyə seçilməsi də federasiyada bütün icraçı hüquqları öz əlində cəmləməsi üçün idi.

    Bunadək federasiya prezidentindən sonra 2-ci adam sənəddə baş katib funksiyası sayılırdı. Əslində AFFA-da bu sistem demək olar ki, bu qaydada işləyirdi. Faktiki olaraq Rövnəq Abdullayevdən sonra 2-ci adam Elxan Məmmədov sayılırdı. 

    Baş katib vəzifəsi isə vitse-prezident postundan da üstündür. Çünki bütün sənədləşmə işlərində əksərən baş katibin imzası olur. Vitse-prezidentlər isə əsasən ya sponsorlar, ya keçmiş idmançılar (Taekvondo Federasiyasında Niyaməddin Paşayev, Cüdo Federasiyasında Elnur Məmmədli, Atıcılıq Federasiyasında Zemfira Meftahətdinova, Güləş Federasiyasında Namiq Abdullayev və Fərid Mansurov), ya da keçmiş məşqçilər (AFFA-da bir müddət Vaqif Sadıqov olub) olur.
     
    Lakin təsis edilən icraçı vitse-prezident postu baş katibdən də üstün hesab olunur. Ona görə də 2022-ci ilin martın 17-də Sərxan Hacıyev baş katib təyin olunsa da, faktiki olaraq icraçı hüquqları Elxan Məmmədovda qaldı. Daha sonra Elxan Məmmədov AFFA-dan ayrıldı. 2024-cü ilin aprelin 2-də Sərxan Hacıyev onun yerinə icraçı vitse-prezident seçildi.

    Hazırda 5 federasiyamızda icraçı vitse-prezident postu var. Bunlar hansılardır?

    AFFA
    Sərxan Hacıyev 2024-cü ilin aprelin 2-dən icraçı vitse-prezidentdir. O, ötən ilin fevralın 3-dək həm də AFFA-nın baş katibi funksiyasını icra edirdi. Həmin tarixdən etibarən Cahangir Fərəcullayev baş katib təyin olunub. Mətbuatda gedən təzyiqlərin daha çox Cahangir Fərəcullayev üzərində olduğunu nəzərə alsaq, AFFA-da baş katib funksiyası hazırda icraçı vitse-prezident vəzifəsindən daha çox səlahiyyətə malikdir.

    Azərbaycan Cüdo Federasiyası
    16 noyabr 2021-ci ildən bu federasiyanın baş katibi təyin olunmuş Rəşad Rəsullu 2024-cü ilin 20 aprelində icraçı vitse-prezident seçildi. Hazırda bu vəzifə baş katib funksiyasını da özündə ehtiva etdiyindən, yeni baş katib təyinatının olması gözlənilmir.

    Azərbaycan Basketbol Federasiyası
    Bu federasiyanın sabiq icraçı direktoru Fərrux Mahmudov 1 il "Neftçi" PFK-nın baş icraçı direktoru vəzifəsində çalışdı. O, 2024-cü ilin iyununda Basketbol Federasiyasına icraçı vitse-prezident vəzifəsində qayıtdı. Burada baş katib isə hələ əvvəlki rəhbərliyin vaxtından Vüqar Əzimovdur. Burada icraçı vitse-prezident vəzifəsi daha üstündür.

    Azərbaycan Velosiped İdmanı Federasiyası
    Ötən ilin mayın 2-də "Silk Way" şirkətinin rəhbəri Zaur Axundov federasiyaya prezident seçiləndə, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Fikrət Hüseynov da icraçı vitse-prezident oldu. Bununla da baş katib Elnarə Musayevanın səlahiyyətləri azaldıldı.

    Azərbaycan Su İdmanı Növləri Federasiyası
    Təxminən 10 il (2012-2022) Azərbaycan Velosiped Federasiyasının baş katibi işləmiş Fərhad Əliyev 2022-ci ilin yanvarından Azərbaycan Milli Avarçəkmə Federasiyasına (daha sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası oldu) baş katib təyin edildi. Martın 14-də Prosport.Az-ın daha əvvəl yazdığı xəbər təsdiqini tapanda (Yelkən Federasiyasının ləğvi və ya Su İdmanı Növləri Federasiyasına birləşdirilməsi), Fərhad Əliyev yeni federasiyaya icraçı vitse-prezident seçildi. Bu qurumda da yeni baş katib təyinatının olacağı gözlənilmir. Çünki icraçı vitse-prezident vəzifəsində baş katiblik funksiyası da var.  

    Səbuhi Musa

    Futbol

    Toral Bayramovun komandasının oyununda hakim biabırçılığı - VİDEO

    4.09.2026 11:17:26
    Futbol

    Murad Məmmədov Kiprdə ilk titulunu qazandı

    4.09.2026 10:50:28
    Futbol

    Premyer Liqa: IV tur Qəbələdə start götürür

    4.09.2026 10:04:28
    Futbol

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57
    Futbol

    Cenevrədə UEFA hakimlərinin yay kursu keçirildi – FOTOLAR

    3.09.2026 22:31:37
    Futbol

    Mahir Emrelidən 6-cı qol, "Rakuv" yenə uduzdu

    3.09.2026 21:57:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Toral Bayramovun komandasının oyununda hakim biabırçılığı - VİDEO

    4.09.2026 11:17:26

    Murad Məmmədov Kiprdə ilk titulunu qazandı

    4.09.2026 10:50:28

    Millimizin türkiyəli baş məşqçisi ilə yollar ayrıldı

    4.09.2026 10:26:43

    Premyer Liqa: IV tur Qəbələdə start götürür

    4.09.2026 10:04:28

    Azərbaycanda bu 3 federasiya ləğv edildi, yeni rəhbər bilindi – FOTO

    4.09.2026 00:19:57

    Qız voleybolçularımızdan Avropa çempionatında erkən vida, oğlanlar 2 qələbə qazandı

    3.09.2026 23:05:15

    Cenevrədə UEFA hakimlərinin yay kursu keçirildi – FOTOLAR

    3.09.2026 22:31:37

    Mahir Emrelidən 6-cı qol, "Rakuv" yenə uduzdu

    3.09.2026 21:57:37

    "Sabah"ın Çempionlar Liqasındakı rəqibində səs-küylü ayrılıq

    3.09.2026 21:46:13

    "Neftçi SOCAR" mövsüm finalında Fransa, Niderland, Almaniya millilərinə qarşı

    3.09.2026 21:09:43

    Cüdo yığmamız Avropa çempionatına 2 "qızıl"la başladı - YENİLƏNİB

    3.09.2026 20:42:40

    "Zirə"dən günün 2-ci transferi - VİDEO

    3.09.2026 20:20:17

    "Karvan Yevlax" mövsümə qələbə, "Səbail" və "Xankəndi" heç-heçə ilə başladı

    3.09.2026 19:41:20

    "Neftçi"nin sabiq futbolçusu "Olimpiakos"a keçdi

    3.09.2026 19:16:14

    "Mançester Yunayted"in 65 milyonluq yeni transferi "Sabah"a qarşı oynamayacaq

    3.09.2026 18:23:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved