Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə cüdoçularımız 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.
Prosport.Az xəbər verir ki, yarışın ilk günündə oğlanlar və qızlar arasında 3 çəki dərəcəsində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanlar arasında 73 kq çəki dərəcəsində final görüşündə 2 cüdoçumuz – Vüsal Qələndərzadə və Süleyman Əliyev qarşılaşıb. Nəticədə Vüsal Qələndərzadə qızıl medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Qədir Hüseynov bürünc medala sahib olub.

