Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "AZAL dövlət başçımızın tapşırığı ilə nə lazımdısa, yerinə yetirdi" - Adil Şükürov
    12.03.2026 22:42:58

    "Səbail"in baş məşqçisi Adil Şükürov I Liqanın XVII turunun "Mingəçevir"lə oyunundan (1:0) sonra Prosport.Az-ın Mingəçevirə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

    Həmin müsahibəni təqdim edirik:

    - I Liqanın XVIII turunda "Mingəçevir"i səfərdə məğlub etdiniz. Oyun haqqında nə deyə bilərsiniz?

    - Ağır oyun oldu. Bunu gözləyirdik. "Mingəçevir" əsas rəqibimizdir. Bu kollektivə qarşı çox ciddi hazırlaşmışdıq. Futbolçular sağ olsun ki, verilən tapşırıqları tam olaraq yerinə yetirdi. Şükür ki, bu matçda qələbə qazandıq. Ən önəmlisi, komanda mübarizə apardı, sona qədər döyüşdü və nəticədə vacib olan 3 xalı əldə etdik. Bu dövrdə bütün futbolda olduğu kimi, bizim komandamız da nəticəyə oynadı.

    - Demək olarmı ki, oyunun antiqəhrəmanı "Mingəçevir"in qapıçısı Orxan Sadıqlı oldu? 

    - Rəqib qapıçının qol epizodunda etdiyi səhvi biabırçı adlandırmazdım. Qapıya zərbə olur, həmin epizodda topu tuta bilmirsə, qaytarır. Amma ciddi bir şey deyil. Hər bir futbolçunun, insanın başına gələ bilər. Orxan Sadıqlı mənim tanıdığım və çox hörmət etdiyim bir qapıçıdır. Vaxtilə mənim dövrümdə aşağı yaş qrupları üzrə milli komandalarda da oynayıb. Çox dəyərli futbolçudur. “Xəzər Lənkəran” və "Kəpəz"də çox yaxşı mövsümlər keçirib. Deməzdim ki, antiqəhrəmandır. 

    - 2-ci dəfədir ki, “Mingəçevir”ə qol buraxmadan qalib gəlirsiniz. Düzdür, ilk oyunda baş məşqçi siz deyildiniz. Amma demək olarmı ki, “Səbail”in məşqçiləri rəqibin dilini tapıb?

    - Xeyr, “Mingəçevir” çox güclü və yaxşı komandadır. Biz bu komandaya qarşı oynayanda çəkinirdik. Çünki çox döyüşkən və mübariz kollektivdir. Fiziki baxımdan yaxşı səviyyədə olan futbolçuları var. Yaxşı işlər görürlər və təriflərə layiq komandadır. Sadəcə, bu, futboldur və ani səhvlər oyunun taleyini həll edir. 

    - Sizcə, Premyer Liqaya hansı komanda ilk pillədən gedəcək, hansı komanda isə pley-offa çıxacaq?

    - Mənim təcrübəmdə belə bir şey var ki, vaxtilə 2-ci yerdən 19 xal irəli olan “Qaradağ Lökbatan”ın çempion olacağına heç kim şübhə etmirdi, amma sonda həmin mövsüm başqa bir komanda Premyer Liqaya vəsiqə qazandı. Yəni, divizionda bunu təxmin etmək çətindir. Məsələn, “Səbail”ə ilk gəldiyim gündə "Zaqatala" "Şəfa" ilə heç-heçə etdi. Bizim özümüzün "Şimal"a məğlubiyyətini qeyd edərdim. I Liqada gözlənilməyən nəticələr qeydə alına bilər. Bu elə bir liqadır ki, burada hər şey ani olur.

    - Yaxın Şərqdə müharibə zamanı siz Səudiyyə Ərəbistanında Ümrə ziyarətində idiniz. Təxliyənizlə bağlı nə deyə bilərsiniz?

    - Dövlətimiz sağ olsun ki, təxliyəmiz üçün hər bir şey etdi. Təyyarələrdə bir qədər gecikmə oldu. AZAL dövlət başçımızın tapşırığı ilə nə lazımdısa, yerinə yetirdi. İnsanları hotellərdə yerləşdirdilər. Bizi də hər bir şeylə təmin etdilər. Ölkə başçısına bir daha təşəkkür edirəm. Siyasi məsələlərə görə yubanma oldu. Dövlətimiz sayəsində Türkiyə vasitəsilə ölkəmizə geri döndük.

    – Bu səbəbdən “Cəbrayıl”la oyuna komandanı cəmi 1 gün məşq etdirə bildiniz...

    – Bəli. Mən ölkədə olmadığım müddətdə komandanı köməkçim İlyas Qurbanov hazırlaşdırırdı. O elə məşqçidir ki, mənim yoxluğumda komandanı yaxşı vəziyyətə gətirə bilər. Nəticədə də “Cəbrayıl”ı ötən tur 4:1 məğlub etdik.

    Səbuhi Musa

    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Futbol

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    Futbol

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved