Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan yığma komandasının daha bir idmançısı kiçik medal qazanıb.
Prosport.Az xəbər verir ki, Füqan Əliyev yaşı 23-ə qədər olan atletlər arasında 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə 9-cu yeri tutub.
Əliyev təkanla qaldırma hərəkətində uğurlu çıxış edib. O, 179 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin gümüş medalını qazanıb.
Toplam 317 kq (138+179) nəticə göstərən Füqan yekun sıralamada 4-cü yeri tutub.

