Bakıda 18 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunun oyunlarına millimiz qələbə ilə start verib.
Prosport.Az xəbər verir ki, A qrupunda qərarlaşmış U-18 millimiz qrupdakı ilk oyununda Malta yığması ilə üz-üzə gəlib. Qarşılaşmaya üstün başlayan U-18 yığmamız gərgin oyunun yekununda Malta yığmasına 73:54 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, U-18 millimizin qrupdakı növbəti rəqibi Kipr seçməsi olacaq. Həmin oyun sabah Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq və "CBC Sport" telekanalı vasitəsilə canlı olaraq yayımlanacaq.

