Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Belə qələbə istəmədim, qərarımdan peşman deyiləm" – Türkan Məmmədyarova
    5.03.2026 09:37:46

    Türkan Məmmədyarova şahmat üzrə Azərbaycan çempionatında 4-cü yeri tutaraq medallardan kənarda qaldı. 36 yaşlı şahmatçının çempionat zamanı yarımfinalda Ayan Allahverdiyeva ilə ilk görüşündə əvvəlcə qələbə ona verilsə də, daha sonra nəticə heç-heçəyə dəyişdirildi.

    Şəhriyar Məmmədyarovun kiçik bacısı Prosport.Az-ın suallarını cavablandırıb.

    – Yarışla bağlı fikrinizi bildirərdiniz. Azərbaycan çempionatı sizin üçün necə keçdi?
    – Düşünürəm ki, yarış mənim üçün yaxşı keçdi və qənaətbəxş hesab etmək olar. Ümumiyyətlə, mən bu olimpiya sistemini sevirəm. Ötən il də bu sistemlə yarış keçirilmişdi. Yarışı özüm üçün uğurlu saya bilərəm.

    – Ayan Allahverdiyeva ilə yarımfinal görüşünüz finaldan daha çox ajiotaj doğurdu. Bu barədə nə deyə bilərsiniz?
    – Orada bir qədər anlaşılmazlıq oldu. Əslində orada Ayanın səhvi var idi, amma məğlubiyyət dərəcəsində deyildi. Ümumiyyətlə biz bilmirdik ki, 2 səhvdən sonra məğlubiyyət verilir. Daha sonra apellyasiyaya müraciət edildi və onun məğlubiyyəti heç-heçə ilə əvəzləndi. Əgər bilsəydim ki, sonda uduzacağam, yenə heç-heçəyə razılıq verərdim. Heç bir peşmançılığım yoxdur. Əksinə, rahatam...

    – Siz apellyasiyaya razılıq verməsəydiniz, qələbəniz rəsmiləşəkdi...
    – Bəli, bəli. Təbii ki, mən belə qalibiyyət istəmədim. Düşündüm ki, daha yaxşı olar ki, heç-heçə sayılsın. Qərarımdan peşman deyiləm. 

    – Sizə xoş xəbərimiz var. Federasiya prezidenti Mahir Məmmədov deyib ki, sizə buna görə FIDE-nin xüsusi Feyr Pley mükafatı verilə bilər...
    – İnşallah. Ola bilər. Məncə, haqlı qərar olar (gülür). Yəqin ki mənim yerimdə kimsə olsaydı, qərarın dəyişilməsinə razılıq verməzdi. Yenə deyirəm ki, peşmançılığım yoxdur. Belə bir hal yenə olsa, eyni cür edərəm.

    – 3-cü yer uğrunda görüşdə Gülnar Məmmədovaya məğlub oldunuz. Sizcə, qələbə üçün nə çatmadı?
    – Əslində deməzdim ki, nəsə çatmadı. Çünki rəqibim də çox güclü, aktiv şahmatçı idi, millinin üzvüdür. Burada qeyri-adi nəsə yoxdyr. 2 nəfər oynayırsa, 1-i qalib gəlir, 1-i isə uduzur. Yetərincə güclü şahmatçıya uduzmuşam. Burada da ağır oyun getdi. 2 oyunda heç-heçə, sonra daha 1 heç-heçə və sonda məğlub oldum. Rəqibi təbrik edirəm.

    – Türkan Məmmədyarovanı bu il millidə görə bilərik?
    – Bu il yəqin ki, çətin (gülür). Çünki millinin heyəti artıq məlumdur. Amma sonrakı illərdə ola bilər.

    – Bəs bu il beynəlxalq yarışlarda iştirak barədə düşünürsünüz?
    – Bəli, planlaşdırıram. Qarşıda Avropa çempionatı var. Ona hazırlaşacağam. Başqa yarışlarda da iştirak edəcəyəm.

    Səbuhi Musa

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved