Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Kimliyindən asılı olmayaraq, bizim üçün intizam bir nömrəli məsələdir" – Rixard Trautmann
    3.03.2026 15:50:38

    Cüdo üzrə Azərbaycan milli komandasının performans direktoru Rixard Trautmann müsahibə verib.

    Prosport.Az alman məşqçinin müsahibəsini təqdim edir:

    – Milli komandanın Daşkənd Böyük Dəbilqəsində çıxışını necə dəyərləndirirsiniz?
    – Milli komandanın ümumi çıxışını müsbət qiymətləndirirəm. Daşkənd Böyük Dəbilqəsində 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq. Kişilərin mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 2-ci olduq. Bu, kifayət qədər yaxşı göstəricidir.

    – Bu uğurun əsas səbəbini nədə görürsünüz?
    – İlk növbədə nizam-intizama əməl olunmasında görürəm. İntizama riayət edən, məşqlərə səylə qatılan, verilən tapşırıqları düzgün yerinə yetirən, bir sözlə daha peşəkar yanaşma göstərən idmançılar sonda nəticə də verir. Çalışırıq ki, işimizə hərtərəfli yanaşaq. Bilirsiniz ki, yeni olimpiya tsiklində cüdo idman növündə qaydalara əhəmiyyətli dəyişikliklər edildi. Yeni qaydalara uyğun olaraq məşq prosesini tənzimləmişik, məşq prosesinə yanaşma daha fərqlidir. Bundan əlavə, məşqçilər korpusunda hər bir mütəxəssisin məsuliyyətində olan idmançılar var. Cüdoçular da konkret bilir ki, nəticəsinə görə hansı məşqçi birbaşa cavabdehdir və bu hər iki tərəfin məsuliyyətini daha da artırır. Tibbi dəstək, dietoloqun prosesə cəlbi, performans analizi – bir sözlə, federasiyanın yaratdığı hərtərəfli şərait uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynayıb.

    – Cüdoçularımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə ne-vazada (cüdoda yerdə mübarizə – red.) da xüsusilə yaxşı çıxış etdi. Bunu nə ilə izah edirsiniz?
    – Əslində bu istiqamətdə komanda olaraq uzun müddətdir çalışırıq. Həm yeniyetmələr, həm gənclər, həm də böyüklərdən ibarət yığmalarda ne-vaza üzrə xüsusi çalışmalar aparılır. Bura gələndə ilk olaraq gördüyüm problemlərdən biri Azərbaycan komandasının ne-vazada zəifliyi idi. Əvvəllər idmançılar ne-vaza məşqlərinə o qədər də həvəsli yanaşmırdı. Çünki buna öyrəşməmişdilər. Amma artıq ne-vaza üzrə ayrıca texniki sessiyalar və məşqlər keçiririk. Nəticəsini də yavaş-yavaş görməyə başlamışıq. Məsələn, Balabəy Ağayev Daşkənddə yarımfinalda yaponiyalı güclü idmançı Taiki Nakamuranı ne-vazada üstələdi. Çempion olan Ömər Rəcəbli isə keçirdiyi 5 görüşün 4-də rəqiblərini ne-vazada osaekomi (saxlama) texnikaları ilə məğlub etdi. Ömər yaponiyalı dünya mükafatçısı Sotaro Fucivaranı ne-vazada dəqiq icra olunmuş “kuzure-kami-şiho-qatame” texnikası ilə yendi. Murad Fətiyev və Kənan Nəsibov da ne-vazada yaxşı cüdo nümayiş etdirdi. Bununla belə, inkişaf etməli olduğumuz çox məqam var və bu istiqamətdə işimizi davam etdirəcəyik.

    – Hidayət Heydərov da bu yarışda iştirak etməli idi. Lakin çəkisini sala bilmədiyinə görə qatıla bilmədi. Azərbaycan Cüdo Federasiyası buna görə cüdoçu barədə intizam tədbiri görüldüyünü açıqladı...
    – Hidayət Azərbaycan cüdosunun ən önəmli simalarından biridir. O, olimpiya, dünya və dördqat Avropa çempionudur. Amma kimliyindən asılı olmayaraq, bizim üçün intizam bir nömrəli məsələdir. Hamı qaydalara əməl etməlidir. Təəssüf ki, Daşkənddə çəkisini sala bilmədiyi üçün yarışa buraxılmadı. Bu səbəbdən federasiya tərəfindən müvafiq tədbirlər görüldü. Ümid edirəm ki, Hidayət bundan nəticə çıxaracaq. Şəxsən mən onun gələcəkdə də dünya və olimpiya çempionu olmaq potensialına tam əminəm. Hər şey onun özündən və işə yanaşmasından asılıdır.

    – Milli komandada başqa kimdən narazılığınız var?
    – Ümumilikdə, təbii ki, iş prosesində müəyyən məsələlər olur və biz bunları komandanın daxilində həll etməyə çalışırıq. Təəssüf ki, bəzən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, idmançılar yenə intizamı pozur. Bunlardan biri Elcan Hacıyevdir. Elcana dəfələrlə xəbərdarlıq edilsə də, bundan nəticə çıxarmayıb və ona da müvafiq cəza tətbiq olunub. Onun böyük potensialı var: Avropa çempionu, dünya mükafatçısıdır. O, öz çəkisində aparıcı cüdoçulara müxtəlif yarışlarda qalib gəlib. Lakin bu potensialı reallaşdırmaq, dünya və olimpiya çempionu olmaq üçün Elcan işə yanaşmasını dəyişməli, daha intizamlı və peşəkar olmalıdır. Mən ümid edirəm ki, Elcan da müvafiq nəticələr çıxaracaq və özündə lazımi dəyişiklikləri edəcək.

    – Uğurda intizam faktorunu önə çıxarırsınız. Bəzən istedadlı idmançılara müəyyən güzəştlər olunur. Sizcə, güzəşt edilməlidirmi? Ümumiyyətlə, istedad, yoxsa intizam daha önəmlidir?
    – Başqa sahələr barədə deyə bilmərəm, amma idman tarixi göstərir ki, istedadla siz yalnız müəyyən mərhələyədək gedə bilərsiniz. Əgər zirvəyə qalxmaq və uzun müddət həmin zirvədə qalmaq istəyirsinizsə, mütləq intizamlı və peşəkar olmalısınız. İstedadınız çox yüksək olmasa belə, intizam və zəhmətlə həm həyatda, həm də idmanda ciddi uğurlar qazana bilərsiniz. Hətta olimpiya və dünya çempionu ola bilərsiniz. Lakin təkcə istedad hesabına buna nail olmaq mümkün deyil. Nizam-intizamlı, səylə çalışanlar yalnız istedada güvənənləri hər zaman üstələyir. Biz bütün yaş qruplarından ibarət yığma komandalara bunu izah etməyə çalışırıq. İdmançılarımızın əksəriyyəti intizam sarıdan axsamır, qaydalara riayət edirlər və əminik ki, bu yanaşma nəticələrimizə də müsbət təsir göstərəcək.

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Müsahibə

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved