Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Bakıda keçiriləcək nüfuzlu yarışın saytı təqdim olundu
    2.03.2026 15:48:04

    Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin növbəti, 4-cü iclası keçirilib.

    Prosport.Az xəbər verir ki, açılış nitqi ilə çıxış edən federasiya prezidenti Zaur Axundov iştirakçıları iclasın gündəliyi ilə tanış edib.

    Federasiya prezidenti 10-14 may tarixlərində təşkil olunacaq “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışına hazırlıq işlərinin həlledici mərhələyə qədəm qoyduğunu deyib. Daha sonra federasiyanın 1-ci vitse-prezidenti, Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov yarışla bağlı bu vaxtadək görülmüş işlərlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, “Bakı-Xankəndi” yarışında 25 komanda iştirakını təsdiqləyib. Onların içərisində 1 Dünya Turu, 7 Pro-kontinental, 16 kontinental və Azərbaycan yığma komandası yer alır. Bundan başqa, velosiped yarışının bütün məlumatlarını özündə əks etdirən rəsmi sayt (www.bakukhankendi.az) da hazırlanıb və izləyicilərin istifadəsinə verilib.

    Hazırlıq çərçivəsində marşrutlar üzrə infrastrukturun hazırlıq səviyyəsi cari ilin 18-24 fevral tarixlərində yarışın texniki direktoru Roland Hofer və təhlükəsizlik üzrə menecer Andre Noyman tərəfindən yerli mütəxəssislərlə birlikdə yenidən yoxlanılıb. Sahib Ələkbərov “Eurosport” kanalı ilə bütün mərhələləri canlı yayımlanacaq “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının ölkəmizin turizm və idman potensialının, beynəlxalq idman tədbirlərinin təşkili sahəsində əldə etdiyi təcrübənin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proseslərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

    Federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov İcraiyyə Komitəsinin son iclasından keçən dövr ərzində görülən işlər və keçirilən tədbirlər barədə məlumat verib. O bildirib ki, Elm və Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində respublikanın 15 bölgəsində velosiped bölmələri açılıb və aktiv fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Lənkəran, Gəncə və Mingəçevir şəhərlərində yerləşən universitetlərin tələbələrinə, həmçinin Gəncə şəhərində şəhid və qazi övladlarına velosipedlər hədiyyə olunub və proses bundan sonra da davam etdiriləcək. Bundan başqa, mart ayında görüləcək işlər və keçiriləcək tədbirlərlə bağlı da iclas iştirakçılarına məlumat verilib.

    İclasda federasiyanın fəaliyyəti ilə bağlı digər məsələlər də müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved