Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, bu, 3-cü final oyununda "Xarı bülbül"ə 3:0 (25:16, 25:10, 25:16) hesabı ilə qalib gələn "Murov" olub.
Komanda əvvəlki 2 görüşdə də rəqibini 3:1 və 3:0 hesabı ilə üstələyib. Bürünc medallara "Neftçi" sahib çıxıb.
Qadınların yarışında “Azərreyl” qızıl, "Abşeron" gümüş, "Murov" isə bürünc medala layiq görülüb.

