Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Azərbaycanda bu olimpiya idman federasiyası ləğv olunur – EKSKLÜZİV
    28.02.2026 10:25:26

    Azərbaycanda bir olimpiya idman növü üzrə federasiya ləğv olunur.

    Prosport.Az-ın xəbərinə görə, söhbət Azərbaycan Yelkən Federasiyasından gedir.

    2000-ci ildə yaradılmış federasiya ötən il hər hansısa bir fəaliyyəti ilə yadda qalmayıb. Sonuncu dəfə Yelkən Federasiyası 2024-cü ilin 19-21 sentyabr tarixlərində Xəzər dənizinin Şıxov qəsəbəsindəki sahilində Federasiya Kuboku keçirib. Bundan sonra federasiyada işlər qaydasında getməyib. Buna səbəb isə federasiya rəhbərinin əvvəlki vəzifəsində olmamasıdır.

    Belə ki, federasiyaya 2014-cü ildən sabiq Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov prezidentlik edirdi. Daha sonra 2018-ci ilin yanvarın 12-də bu administrasiya ləğv edildi və yerində Dövlət Dəniz Agentliyi (indiki Dövlət Dəniz və Liman Agentliyi) yaradıldı. Agentlik indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeçiliyində fəaliyyət göstərməyə başladı. Q.Qurbanov elə həmin il agentliyin direktoru təyin edilsə də, sonra bu vəzifəsindən azad edildi.

    Son olaraq Q.Qurbanov 2024-cü ilin payızında Azərbaycan Dövlət Dəniz Akademiyasının prorektoru və rektor əvəzi təyin olundu. Hazırda o, sözügedən akademiyada Tədrisin təşkili və idarəedilməsi üzrə prorektordur. Həmçinin, yanvarın 16-da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) rəhbərliyində dəyişiklik də sözügedən federasiyanın ləğvinə təsirsiz ötüşməyib.

    Qeyd edək ki, Qüdrət Qurbanov sonuncu dəfə 2022-ci ilin aprelin 26-da bu federasiyaya prezident seçilib. Həmin vaxt federasiyanın adı Yelkənli İdman Federasiyasından Yelkən Federasiyasına dəyişdirilib. Son illərədək federasiyanın baş katibi isə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov olub. 

    Bu federasiyanın səlahiyyətləri isə bundan sonra Azərbaycan Su İdman Növləri Federasiyasına veriləcək. Xatırladaq ki, bu federasiyanın adı fevralın 20-də dəyişdirilib. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının adının dəyişdirilməsində səbəblərdən biri də məhz yelkən idmanının bura əlavə edilməsi olub.

    Sonda onu da bildirək ki, bununla da Azərbaycanda olimpiya idman növləri üzrə federasiyaların sayı 27-dən 26-ya enəcək.

    Səbuhi Musa

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved