Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Sabah"ın məğlubedilməzliyi ilə bağlı yaradılmış mifi dağıtdıq" – Elnur Cəfərov
    27.02.2026 20:57:39

    "Gəncə" basketbol komandası 2-ci dəfə Azərbaycan Kubokunun sahibi oldu.

    Prosport.Az klubun icraçı direktoru, komandaya sponsorluq edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Elnur Cəfərovdan müsahibə götürüb.

    – "Gəncə"yə yeni rəhbərlik gəldikdən sonra ilk titul qazanıldı. Əvvəldən Azərbaycan Kubokunu qazanmaq məqsədinizdə vardı? Yoxsa məqsəd mümkün qədər irəliləmək prinsipi idi?
    – Avqust-sentyabr aylarında bu komanda ilə işə başlayanda 2 hədəfimiz vardı: 1-cisi liqada mümkün qədər yüksək yer tutmaq idisə, digər hədəfimiz ölkə Kubokunun qalibi olmaq idi. Çempionatda A qrupunda "Neftçi" ilə birgə 3-cü yerdəyik. Düzdür, pley-offadək hələ 3 oyunumuz var. 2-ci hədəfimizə isə nail olduq. "Sabah" çox güclü komandadır, çempionatda 1 məğlubiyyətləri vardı. Onları yenməyi bacardıq. Yarımfinala hamı "Abşeron Layns"ın çıxacağını düşünsə də, "Şəki" qalib gəlməyi bacarmışdı. Biz də "Sabah"ın məğlubedilməzliyi ilə bağlı yaradılmış mifi dağıtdıq. Onlara mövsüm ərzində 2-ci məğlubiyyəti biz yaşatdıq. Buna görə komandanı təbrik edirəm. Komandanın əzmi və iradəsi sayəsində biz bunu bacardıq. Oyunçulara da demişdim ki, rəqib güclü görünə bilər, lakin kim əzm, döyüş nümayiş etdirəcəksə, o da qalib gələcək. Onlar yüksək əzmkarlıqla və döyüşməklə buna nail oldular.

    – Demək olarmı ki, kimin yerli oyunçusu daha yaxşı çıxış etdisə, o da qalib gəldi?
    – Bəli, belə demək olar. "Şəki" ilə oyunda bizim yerli oyunçularımız daha yaxşı çıxış etdi. Çünki Cəbrayıl Əkbərov, Ulaş Turqut və Nəzər Quliyev 30 xaldan yuxarı topladı. Mirməcid İsmayılov və İslam Rzayevin də xallarını bura əlavə etsək, yerli oyunçular təxminən 40 xallıq atış edib. "Sabah"la oyunda əcnəbilərimiz yaxşı oynadı. Nəticə etibarı ilə qalib gəldik. Bizə Azərbaycan Kubokunu qazanmaq lazım idi. Bu, komanda oyunudur, burada fərdlər rol oynamır. Rəqibdə Hassani Qravett 22 xal toplasa da, tək onun bacarığı ilə komanda qalib gələ bilmədi. Komanda şəklində güclü biz idik deyə, biz də qalib gəldik.

    – Azərbaycan Kubokunda qalib gəlmək həm də o deməkdir ki, "Gəncə" Azərbaycanı növbəti mövsüm ilk dəfə avrokubokda təmsil edə bilər. Klub rəhbərliyinin bu barədə fikri necədir?
    – Bəli, orada iştirak etmək planımız var. Növbəti mövsüm Gəncəni FIBA Avropa Kubokunda təmsil etmək istəyirik. A qrupunda 2 region komandası var: "Gəncə" və "Şəki". Həmişə Bakı komandaları Avropada çıxış edib. Niyə də ilk olaraq bir region klubu Avropada təmsil olunmasın?! Əminəm ki, orada da yüksək nəticələr göstərə bilərik.

    Səbuhi Musa

    Basketbol

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29
    Basketbol

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31
    Basketbol

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19
    Basketbol

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25
    Top oyunları

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10
    Top oyunları

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved