Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) karyerasında ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi olub.
Prosport.Az xəbər verir ki, idmançı finalda Azərbaycanın digər cüdoçusu Balabəy Ağayevi məğlub edib.
Daha əvvəl Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Leyla Əliyeva (52 kq) mübarizəni dayandırıb.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq.
14:18
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinin finalında üz-üzə gələcəklər.
Prosport.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev və Əhməd Yusifov buna nail olublar.
Yığma üzvləri qızıl medal uğrunda münasibətlərə aydınlıq gətirəcəklər.
Nizami İmranov, Turan Bayramov (hər ikisi 66 kq), Könül Əliyeva (48 kq), Leyla Əliyeva (52 kq) mübarizəni dayandırıb. Şəfəq Həmidova (48 kq) təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq.

